Ankarada Beynəlxalq Türk Akademiyasının 15-ci ildönümü qeyd olunacaq

Tədbirdə bir sıra akademik və yüksək vəzifəli şəxslər iştirak edəcək

By
Ankarada Türkiyə Akademiyasının 15-ci ildönümü qeyd olunacaq

18 noyabr 2025-ci il tarixində saat 10:00-da Ankarada Beynəlxalq Türk Akademiyasının 15-ci ildönümü qeyd olunacaq.

Təşkil edilən bu mərasim Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binali Yıldırım, Türkiyə Respublikasının ticarət nazirinin müavini Özgür Volkan Ağar, TÜRKSOY-un baş katibi Sultan Raev, TDT Ağsaqqallar Şurasının Macarıstandakı nümayəndəsi və Macarıstan parlamentinin deputatı Attila Tilki, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun rəhbəri Derya Örs, Türkiyə UNESCO Milli Komissiyasının sədri Öcal Oğuz, Türkiyə Elmlər Akademiyasının (TÜBA) rəhbəri Muzaffer Şeker, Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Aktotı Rayımkulova, TÜRKPA-nın baş katibinin müavini Sakı Sadıkov, TDT baş katibinin müavini Merey Mukajan ilə yanaşı, türk dövlətlərinin diplomatik missiya nümayəndələrini və akademik ictimaiyyət üzvlərini bir araya gətirəcək.

Tədbir çərçivəsində Beynəlxalq Türk Akademiyasının son 15 ildə nəşr etdiyi əsas elmi əsərlər və monoqrafiyaların təqdimatı keçiriləcək. Akademiyanın fəaliyyəti və nailiyyətlərini əks etdirən xüsusi foto-sərgi və təqdimat filmi də qonaqların diqqətinə çatdırılacaq.

Bundan əlavə, Beynəlxalq Türk Akademiyasının türk dövlətlərində güclü inkişaf, ərzaq təhlükəsizliyi, su ehtiyatlarının səmərəli idarə olunması, eləcə də nəqliyyat və enerji sahələrində əlaqəlilik üzrə əməkdaşlıq mövzularına dair hazırladığı illik analitik hesabatlar əsasında ümumi iclas keçiriləcək. İclasda Akademiya tərəfindən həyata keçirilən layihələrin aparıcı mütəxəssisləri araşdırma nəticələrini təqdim edəcəklər.

 

Beynəlxalq Türk Akademiyasının ortaq türk əlifbası ilə nəşr etdiyi kitabların təqdimatı

2025-ci il noyabrın 19-da isə “Türk Dünyasının Birliyinə Yeni Addım: Ortaq Əlifba ilə Yayımlanan Əsərlər” adlı tədbir çərçivəsində saat 10:00-da Beynəlxalq Türk Akademiyasının ortaq türk əlifbası ilə nəşr etdiyi Abay Kunanbayoğlunun “Qara Sözlər”i və Çingiz Aytmatovun “Ağ Gəmi” əsərlərinin təqdimatı keçiriləcək.

Beynəlxalq Türk Akademiyası və TÜRKSOY-un birgə təşkil etdiyi tədbirdə Türk Akademiyasının rəhbəri Şahin Mustafayev, TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım, TÜRKSOY-un baş katibi Sultan Raev, Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin müavini Kürşad Zorlu, Türkiyə Dil Qurumu başqanı Osman Mert, Çingiz Aytmatov İnstitutunun İdarə Heyətinin sədri İlyas Topsakal, həmçinin Türk Dünyasının elmi ictimaiyyətinin nümayəndələrinin iştirakı gözlənilir.