Birləşmiş Millətlər Təşkilatının Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese İsrailin Qəzzada törətdiyi vəhşilikləri qınayaraq bunun çoxsaylı dövlətlərin əməkdaşlığı ilə həyata keçirildiyini bildirib.
Rəsmi “X” platformasında paylaşım edən Françeska Albanese deyib: "Doha Forumunda İsrailin törətdiyi vəhşilikləri qınadım’’.
O, beynəlxalq ictimaiyyəti təcili tədbirlər görməyə çağıraraq deyib: "Çoxtərəfliliyin qalıqlarını qorumaq istəyən dövlətlər tez bir zamanda yeni ittifaqlar qurmalı, həqiqətən BMT kimi davranmalı və cinayətkarları küncə sıxışdırmalıdırlar’’.
Oktyabr ayında dərc edilən "Qəzza Soyqırımı: Kollektiv Cinayət" adlı hesabatda Albanese bildirib ki, üçüncü dövlətlər Qəzzada İsrailin hərəkətlərinə birbaşa dəstək göstərir, maliyyə yardımı edir, diplomatik müdafiə təmin edir və bəzi hallarda fəal iştirak edirlər.
2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzzada həyata keçirdiyi hücumlar nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 70.000-dən çox fələstinli həyatını itirib. İsrail regionun böyük bir hissəsini viran qoyub və demək olar ki, bütün əhalisini didərgin salıb.
İki ay əvvəl əldə olunan atəşkəsə baxmayaraq İsrailin pozuntuları hələ də davam edir.













