İranın rəsmi IRNA xəbər agentliyinin yaydığı məlumata görə, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf məclisin mətbuata açıq iclasında gündəmdəki məsələləri qiymətləndirib. M.B.Qlibaf ölkəsinin Qətərin vasitəçiliyi ilə ABŞ-yə təqdim etdiyi təkliflə bağlı bəyanat verib.
M.B.Qalibaf deyib: "Onlar başa düşməlidilər ki, birtərəfli tələblər irəli sürmək dövrü başa çatıb. İranın təqdim etdiyi 7 şərt yerinə yetirilməyənə qədər Hörmüz boğazı açılmayacaq".
M.B.Qalibaf ABŞ-nin İranın qətiyyətinə bələd olduğunu vurğulayıb. O qeyd edib ki, rəsmi Vaşinqton daxili ictimai rəydə müəyyən təəssürat yaratmaq üçün iqtisadi təzyiq və hərbi cəhdlərə əlavə olaraq hədələyici bəyanatlarını da artırır.
İranın sosial şəbəkələrdə yer alan hədə xarakterli açıqlamalara görə deyil, reallıqlara əsasən siyasət yürütdüyünü deyən M.B.Qalibaf ABŞ tərəfinin verdiyi "ziddiyyətli" bəyanatların İran xalqını çaş-baş salmağa yönəldiyini diqqətə çatdırıb.
Xatırladaq ki, İran nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası çərçivəsində səfər etdiyi ABŞ-də Hörmüz boğazının açılması ilə bağlı Qətərin vasitəçiliyi ilə Vaşinqton tərəfinə 7 maddəlik şərt təqdim etmişdi.
Lakin ABŞ Prezidenti Donald Tramp İranın şərtlərini qəbul etmədiklərini bildirib.




















