SİYASƏT
1 dəqiqə oxuma
V.Zelenski Ukrayna nümayəndə heyətinin sabah S.Uitkoff və C.Kuşnerlə görüşəcəyini bildirib
Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərin Rusiya ilə münaqişəyə dair suallarını cavablandırıb
V.Zelenski Ukrayna nümayəndə heyətinin sabah S.Uitkoff  və C.Kuşnerlə görüşəcəyini bildirib
V.Zelenski Ukrayna nümayəndə heyətinin sabah S.Uitkoff və C.Kuşnerlə görüşəcəyini bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərin Rusiya ilə münaqişəyə dair suallarını cavablandırıb.

Müharibənin başa çatdırılması istiqamətində göstərilən səylərə toxunan Volodimir Zelenski Ukrayna nümayəndə heyətinin sabah ABŞ-yə səfər edəcəyini xatırladıb.

Volodimir Zelenski Ukraynanı danışıqlarda Prezident Aparatının rəhbəri Kirilo Budanov, aparat rəhbərinin müavini Sergiy Kislitsa, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov və deputat David Araxamianın təmsil edəcəyini bildirib. Danışıqlarda Avropa rəsmilərinin də iştirak edəcəyini gözlədiklərini qeyd edən dövlət başçısı görüşün iki gün davam edə biləcəyini vurğulayıb.

Ölkəsinin atəşkəs təklifi üzərində işlədiyini deyən Volodimir Zelenski Rusiya ordusunun son hücumlarında çox sayda mülki şəxsin, əsasən də uşaqların həyatını itirdiyini diqqətə çatdırıb. O, Ukraynanın heç vaxt Rusiyada uşaqları hədəf almadığını və gələcəkdə də bunu etməyəcəyini bildirib.

Rusiya ərazisindəki Ryazan məlumat mərkəzinə edilən hücuma da toxunan Volodimir Zelenski deyib: "Biz həmişə eyni şəkildə cavab veririk. Məlumat mərkəzlərinə gəldikdə isə, hamınızın bildiyi kimi, onlar bizim məlumat mərkəzlərimizə hücum ediblər və etməyə davam edirlər. Biz də buna uyğun olaraq cavab verdik’’.