TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyə Yunanıstanın adaların silahsızlaşdırılmış statusunu pozduğunu bildirib
Türkiyə Milli Müdafiə Nazirliyi Limni və Kerpe adalarının statusu ilə bağlı Yunanıstanın hərəkətlərinin beynəlxalq müqavilələri pozduğunu və bu addımların...
Türkiyə Yunanıstanın adaların silahsızlaşdırılmış statusunu pozduğunu bildirib
Egey adaları / AA

Türkiyə Milli Müdafiə Nazirliyi Limni və Kerpe adalarının statusu ilə bağlı Yunanıstanın hərəkətlərinin beynəlxalq müqavilələri pozduğunu və bu addımların ikitərəfli münasibətlərə xələl gətirdiyini bildirib.

Nazirlik martın 12-də verdiyi açıqlamada Yunanıstanın adalarla bağlı təşəbbüslərinin beynəlxalq hüquqa uyğun olaraq imzalanmış müqavilələrə zidd olduğunu qeyd edib.

Açıqlamada "Yunanıstanın qaydalara uyğun olaraq bağlanmış müqavilələrə zidd şəkildə adaların statusunu pozan cəhdləri həm hüquqi pozuntu yaradır, həm də qonşuluq-müttəfiqlik münasibətlərimizə xələl gətirir" deyilib.

Açıqlamada həmçinin Türkiyənin Yunanıstanın "bölgədə yaşanan böhranları fürsətə çevirməyə yönəlmiş" addımlarını rədd etdiyi, Ankaranın “bu istiqamətdə bütün lazımi tədbirləri” gördüyü vurğulanıb.

Qeyd edək ki, Türkiyə Egey və On İki Adanın silahlandırılmasının 1923-cü il Lozanna müqaviləsi və 1947-ci il Paris Sülh müqaviləsini pozduğunu dəfələrlə qeyd edib. Bu adaların mülki zonalar kimi qalması nəzərdə tutulub.

Keçən həftə rəsmi Ankara adaların silahlandırılmasına yönəlmiş (fait accompli) həmlələrinə qarşı xəbərdarlıq etmişdi.

Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli "X" sosial media platformasında yayımlanan açıqlamasında, "Lozanna müqaviləsi və Paris Sülh müqaviləsinə uyğun olaraq müəyyən edilən Şərqi Egey adaları və On İki Adanın obyektiv hüquqi statusu aydındır və müzakirə mövzusu deyil" deyə bildirib.

Yunanıstan 2025-ci ilin noyabrında ənənəvi müdafiədən daha aqressiv bir sistemə keçidi təmsil edən "Aşil qalxanı" doktrinasını qəbul edib.

İsrail Yunanıstana PULS raket artilleriyası, “Spike” raketləri və "David's Sling" və ya "Barak MX" kimi potensial inteqrasiyalar daxil olmaqla müdafiə sistemləri tədarük edərək kömək edir. Bunlar Yunanıstanın yeni doktrinasının əsas komponentlərini təşkil edir.

Araşdırma
Hakan Fidan Liviyaya rəsmi səfər edəcək
Rəcəb Tayyib Ərdoğan və Kristian Stoker birgə mətbuat konfransında çıxış ediblər
Türkiyə Kolumbiyaya başsağlığı verdi
TEKNOFEST-in dron müsabiqəsi Türkiyənin Şırnak şəhərində başladı
Hakan Fidan fransız və alman həmkarları ilə danışıqlar aparıb
TBMM Ədalət Komissiyası "Milli Həmrəylik" qanun layihəsini qəbul etdi
Hakan Fidan: "Məkkə sazişi birgə müdafiəni təmin edir, müəyyən hədəf və ya düşmən yoxdur"
Səudiyyə Ərəbistanı və Pakistanla müdafiə müqaviləsi "heç bir ölkəni hədəf almır"
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında birgə müdafiə müqaviləsi imzalanıb
Prezident Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir
Türkiyə Qara dənizdə hücuma məruz qalan vətəndaşlarının vəziyyəti ilə maraqlandığını bildirib
Prezident R.T.Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi M.Salman ilə telefon danışığı keçirib
İbrahim Kalın “Həmas” rəhbərliyi ilə görüş keçirib
Türkiyənin F-16 qırıcıları Estoniyada NATO missiyasına başladı
15 iyul çevriliş cəhdi zamanı Prezident R.T.Ərdoğana sui-qəsd etməyə çalışan FETÖ üzvü saxlanılıb
Yunus Emre İnstitutu (YEE) beynəlxalq tanınırlığa malik Türk Dili Yetərlilik İmtahanı (TYS) keçirir
Prezident R.T.Ərdoğan Livan Prezidenti C.Aunu qəbul edib
“Sabiha Gökçen” hava limanı sərnişin artımına görə Avropanın nəhəng hava limanları geridə qoydu
TİKA Kərkükdəki Altunkörpü Şəhidliyində bərpa işlərinə başlayıb
Türkiyə dövləti qlobal humanitar yardım fəaliyyəti çərçivəsində 85 ölkəyə kömək göndərib