TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyə sahillərində daha bir tankerə hücum edildiyi bildirilib
Son hadisə Türkiyə sahillərində iki tankerə hücumdan bir neçə gün sonra baş verib
Türkiyə sahillərində daha bir tankerə hücum edildiyi bildirilib
Qara dəniz sahilləri, Midvolga-2 gəmisi / User Upload

Türkiyə Gürcüstana gedərkən Qara dənizdə daha bir tankerə hücum edildiyini bildirib. Bu gün (2 dekabr 2025) baş verən hadisədə gəmidə olanlardan heç kim xəsarət almayıb.

Bir neçə gün əvvəl Türkiyə sahillərində iki tankerə hücum edilib və partlayışlar baş verib.

Ukrayna təhlükəsizlik mənbəyi iki gün əvvəl hücumlara görə məsuliyyəti öz üzərinə götürərək, dronların "gizli şəkildə Rusiya nefti daşıyan" gəmilərə zərbə endirdiyini bildirib.

Bu gün baş verən son hadisə "Midvolga 2"-yə təsir edib. Türkiyənin Dəniz İşləri Baş İdarəsi "X" açıqlamasında tankerə "sahilimizdən 80 dəniz mili məsafədə hücum edildiyini" bildirib. Bəyanatda həmçinin tankerin Rusiyadan Gürcüstana günəbaxan yağı ilə gedərkən göyərtəsində 13 heyət üzvünün olduğu qeyd edilib.

İdarə həmçinin bildirib ki, hazırda 13 heyət üzvünün sağlamlığı yaxşıdır. Gəminin heç bir yardım tələbi yoxdur.

Dəniz naviqasiyasının təhlükəsizliyi

Qeyd edək ki, Rusiya bayrağı altında üzən gəmi Türkiyənin Qara dəniz sahillərinin mərkəzi hissəsində yerləşən Sinop limanına doğru gedirdi. Türkiyənin Qara dəniz sahili təxminən 1600 kilometr uzanır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş verən dron hücumlarını narahatedici gərginlik olaraq xarakterizə edib.

Noyabrın 28-də baş verən ilk dron hücumları ilə bağlı prezident Ərdoğan deyib: "Biz heç bir şəkildə xüsusi zonamızda naviqasiyanın, həyatın və ətraf mühitin təhlükəsizliyini təhdid edən bu hücumlara bəraət qazandıra bilmərik. Görünür, Rusiya ilə Ukrayna arasındakı müharibə Qara dənizdə naviqasiyanın təhlükəsizliyini açıq şəkildə təhdid edən bir nöqtəyə çatıb".

Araşdırma
Türkiyə yaşıl, rəqəmsal keçidi sürətləndirmək məqsədilə "Yaşıl Uzlaşma Fəaliyyət Planı"nı yeniləyib
Prezident Ərdoğan: "Sərhədlərimiz daxilində və xaricində sülh və sabitliyi gücləndiririk"
Türkiyə və Özbəkistan ətraf mühit sahəsində əlaqələri gücləndirir
Ulu öndər Atatürkün 88-ci ildönümü münasibətilə Anıtqəbirdə anım mərasimi keçirildi
COP31-də Mustafa Kamal Atatürkün xatirəsi anılıb
Prezident R.T.Ərdoğan “Apple” şirkəti idarə heyətinin sədri Tim Kuku qəbul edib
Vitse-prezident Cevdet Yılmaz Çinin vitse-prezidenti Han Çenq ilə görüşüb
Ərdoğan: "Daha çox qarşıdurmanın region üçün daha çox itkidən başqa mənası yoxdur"
Türkiyə-İraq birgə mətbuat bəyanatı yayılıb
R.T.Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə paylaşım edib
H.Fidan "TRT World Forum 2026" tədbirində Türkiyənin regional prinsipləri haqqında bəhs edib
“TRT World Forum 2026”da "Türkiyə: regional gücdən regionlararası aktora" paneli baş tutub
B.Duran Nigeriyanın informasiya naziri Malagi ilə görüş keçirib
İbrahim Kalın “TRT World Forum 2026” tədbirində Fələstin haqqında çıxış edib
"TRT World Forum 2026"da beynəlxalq hüquq və Qəzza mövzusu müzakirə olundu
Prezident R.T. Ərdoğan ''TRT World Forum''da çıxış etdi
TRT-nin Baş direktoru Mehmet Zahid Sobacı ''TRT World Forum-2026''da çıxış etdi
''TRT World Forum-2026'' öz işinə başladı
Hakan Fidan Məkkə Müdafiə Sazişini qiymətləndirib
Türkiyənin müdafiə sənayesi ixracatı 10 milyard dolları keçdi