MƏDƏNİYYƏT
1 dəqiqə oxuma
''Palestine 36” filmi 98-ci ''Oskar''mərasimində Fələstini təmsil edəcək
TRT-nin ortaq istehsalçısı olduğu “Palestine 36” filmi 98-ci ‘‘Oskar’’ mükafatları mərasimində “Ən yaxşı beynəlxalq bədii film” nominasiyasında Fələstini təmsil edəcək.
''Palestine 36” filmi 98-ci ''Oskar''mərasimində Fələstini təmsil edəcək
''Palestine 36” filmi 98-ci ''Oskar''mərasimində Fələstini təmsil edəcək / Reuters
17 dekabr 2025

TRT-nin ortaq istehsalçısı olduğu “Palestine 36” filmi 98-ci ‘‘Oskar’’ mükafatları mərasimində “Ən yaxşı beynəlxalq bədii film” nominasiyasında Fələstini təmsil edəcək. Bu, Fələstin kinematoqrafiyası üçün mühüm nailiyyət kimi qiymətləndirilir.

Mövzu ilə bağlı rəsmi ‘‘X’’ səhifəsində paylaşım edən TRT-nin Baş direktoru Mehmet Zahid Sobacı deyib:“Fələstin tarixini kinonun gücü ilə işıqlandıran bir hekayəni dünyaya təqdim etməkdən qürur duyuruq”.

Fələstinli rejissor Annemarie Jakir tərəfindən ekranlaşdırılan film fələstinli işçilərin və üsyançıların həyatından bəhs edir.

Prodüser Savsan Asfari tərəfindən hazırlanan tarixi dram geniş tədqiqatlara və arxiv materiallarına əsaslanır. Film İsrail işğalından əvvəl mövcud olmuş Fələstin universitetlərini, qurumlarını və güclü icmalarını ön plana çıxarır.
Asfari deyib: “Bu film Fələstinin xalqsız bir torpaq deyil, torpağı olmayan bir xalq üçün bir torpaq olduğunu göstərir”.

“Palestine 36” filminin premyerası Toronto Beynəlxalq Film Festivalında keçirilib.

Filmdə britaniyalı zabiti canlandıran irlandiyalı aktyor Liam Kanninqem bildirib ki, ekran işi Britaniya siyasətinin yaratdığı xaosu və bunun Qəzzadakı soyqırıma, eləcə də İordan çayının qərb sahilində davam edən dağıntılara necə səbəb olduğunu göstərmək baxımından böyük əhəmiyyət daşıyır.

“Palestine 36” filmi 86 ölkə və regiondan təqdim edilən filmlər arasından seçilmiş 15 filmdən biridir.