SİYASƏT
2 dəqiqə oxuma
Xeybər-Paxtunxva əyalətində törədilən terror aktında 16 pakistanlı əsgər həlak olub
Pakistan ordusu hücumla bağlı hələlik açıqlama verməsə də, bölgədə əməliyyatlar intensivləşdirilib
Xeybər-Paxtunxva əyalətində törədilən terror aktında 16 pakistanlı əsgər həlak olub
29 iyun 2025

Pakistanın şimal-qərbində Əfqanıstanla sərhəd yaxınlığında yerləşən Xeybər-Paxtunxva əyalətində baş verən terrorçu-kamikadze hücumu nəticəsində tәxminәn16 əsgər həyatını itirib, aralarında mülki şəxslərin də olduğu 24 nəfər isə yaralanıb. Bu, son aylarda təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirilmiş ən qanlı hücumlardan biri kimi qeydə alınıb.

Yerli mediada yayılan məlumatlara görə, partlayış iyunun 28-dә Mir-Ali şəhərində yerləşən hərbi konvoya qarşı törədilib. “Khyber Chronicles” xəbər portalı təhlükəsizlik mənbələrinə istinadən bildirib ki, terrorçu-kamikadze 22-ci Sərhəd Qoşunları Alayına məxsus bomba zərərsizləşdirmə maşınının yaxınlığında partlayıcı maddələri işə salıb.

Şimali Vəziristan bölgəsindəki yerli hökumət rəsmisi mәsәlә ilә bağlı deyib ki, terrorçu-kamikadze partlayıcı maddələrlə dolu avtomobili hərbi konvoya çırpıb.

Əvvəlcə 13 nəfərin öldüyü deyilsə də, sonrakı məlumatlarda bu sayının 16-ya yüksəldiyi bildirilib. “Аgence France-Presse” agentliyinə danışan bir polis əməkdaşı isə qeyd edib ki, partlayış nəticəsində iki evin damı uçub və altı uşaq yaralanıb.

Hücumun məsuliyyətini “Təhriki-Taliban Pakistan” (TTP) adlı terror təşkilatının bir qolu öz üzərinə götürüb.

Pakistan Ordusu hadisə ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb.

Qeyd edәk ki, son aylarda Vəziristan, Xeybər və Kurram bölgələrində təhlükəsizlik qüvvələrinə qarşı hücumların artmasından sonra Pakistan ordusu bölgədə kəşfiyyata əsaslanan əməliyyatlarını intensivləşdirib.

İslamabad rəhbərliyi ölkədə törədilən terror aktlarının arxasında Əfqanıstan ərazisində yerləşdiyi iddia olunan TTP militantlarının dayandığını bildirir. Əfqanıstanın hakim “Taliban” hökuməti isə bu iddiaları qəti şəkildə rədd edir.

MƏNBƏ:TRT Global
Araşdırma
HƏMAS: İsrailin yaşayış məntəqələrini genişləndirməsi daha geniş ilhaq planının hissəsidir
ABŞ Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə qətnaməni BMT TŞ-nin üzvlərinə təqdim etdi
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”
İordaniya Kralı Qəzzada sülhün təzyiqlə davam etdirilməsinə deyil, qorunmasına ümid edir
Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı hədələdi
Baş nazir: "Slovakiya Ukraynaya hərbi yardım planında iştirak etməkdən imtina edir"
Meloni Aİ-nin sanksiyalarını dəstəkləməyə söz verib
Çin İsraili BƏM-nin qərarına əməl etməyə və Qəzzaya yardım üçün BMT ilə işləməyə çağırıb
ÜST Qəzzadan 41 ağır xəstənin tibbi təxliyyəsini həyata keçirib
Peru paytaxt Limada artan cinayət hallarına görə 30 günlük fövqəladə vəziyyət elan edib