SİYASƏT
2 dəqiqə oxuma
Tramp: "Körfəz ölkələrinin hədəf alınacağını bilsək belə, İrana zərbə endirəcəkdik"
Tramp ABŞ-İsrailin İrana hücumlarının nüvə müharibəsinin qarşısını aldığını iddia etsə də, rəsmi şəxslər müharibənin müddəti ilə bağlı fərqli proqnozlar verirlər
Tramp: "Körfəz ölkələrinin hədəf alınacağını bilsək belə, İrana zərbə endirəcəkdik"
ABŞ prezidenti Donald Tramp / Reuters

ABŞ prezidenti Donald Tramp cavab zərbəsi olaraq Körfəz ölkələrinə hücum ediləcəyini bilsələr belə, İrana qarşı yenə də müharibəni davam etdirəcəklərini bildirərkən, "Bu, 'Görəsən bilməli idiniz?' kimi bir sual deyil. Bilsək belə, nə olsun ki? Etməli olduğumuzu etməliyik" şəklində danışıb.

Çox sayda Körfəz ölkəsinin İranın atəşi altında olduğunu qeyd edən Tramp "Səudiyyə Ərəbistanı, sonra birdən-birə Küveyt. Küveyt vurulur. Bəhreyn vurulur... Bütün bu ölkələr vurulur. Bunun baş verəcəyini söyləyəcək bir ekspert yox idi" ifadələrini işlədib.

Tramp həmçinin İran ilə müharibənin bu həftə sona çatmayacağını, lakin "tezliklə" nəticələnəcəyini, "uzun sürməyəcəyini" deyib.

"Bu iş nəticələndiyində çox daha təhlükəsiz bir dünyamız olacaq. Yaxın zamanda sona çatacaq", -deyə bildirən Tramp şəxsən istəksiz olmasına baxmayaraq hərəkətə keçmək məsələsində "öhdəliyi" olduğunu da sözlərinə əlavə edib.

ABŞ-nin İrana qarşı hücumları olmasaydı nüvə müharibəsinin baş verəcəyini və bunun da III Dünya Müharibəsinə çevriləcəyini iddia edən Tramp sözügedən əməliyyatı bir müharibə seçimindən daha çox bir zərurət kimi xarakterizə edib.

Bu açıqlamalar rəhbərliyin müharibənin müddətinə dair dəyişkən və çox vaxt ziddiyyətli mesajlarını əks etdirir.

Tramp başlanğıcda əməliyyatın dörd-beş həftə sürəcəyini irəli sürmüş və bir çox dəfə "planlaşdırılandan daha sürətli irəlilədiklərini" qeyd etmişdi.

Enerji naziri Kris Rayt martın 15-də əməliyyatın bir neçə həftə ərzində "mütləq" sona çatacağını bildirsə də, müdafiə naziri Pit Heqset keçən həftə, bunun "sadəcə başlanğıc" olduğunu deyərkən, “Axios” xəbər saytı Vaşinqton və müttəfiq paytaxtlardakı rəsmilərin ABŞ-nin iştirakının sentyabr ayına qədər davam etməsinə hazırlıq gördüklərini xəbər verib.

ABŞ-İsrailin İrana qarşı müharibəsi 28 fevralda başlayıb. Hücumlar zamanı aralarında dini lider Əli Xamaneyinin də olduğu 1 200-dən çox insanın ölümünə yol açıb.

Əməliyyatın başlanğıcından bəri 14 ABŞ əsgəri həyatını itirib.

Araşdırma
ABŞ-ın müdafiə naziri İsrailin Baş naziri B.Netanyahu ilə planlaşdırılan görüşünü təxirə salıb
NATO-nun 36-cı sammitinin yekun bəyannaməsi qəbul olunub
Donald Tramp Ukrayna müharibəsinin tezliklə sona çatacağına ümid etdiyini bildirib
NATO və Aİ liderləri mühüm bəyanatlarla çıxış etdilər
D.Tramp:"Prezident R.T.Ərdoğanla F-35 məsələsini müzakirə edəcəyik"
Rusiya:''Ankarada keçirilən NATO sammitini yaxından izləyirik''
Hakan Fidan:"Türkiyə Avropanın müdafiəsində əvəzolunmaz rola malikdir"
H.Fidan:''Ərdoğan və Tramp arasındakı yaxın münasibətlər NATO daxilindəki gərginliyi azalda bilər''
Almaniya:''Avropa kollektiv müdafiədə ciddi olduğunu NATO sammitində göstərəcək''
ABŞ Prezidenti Donald Tramp iyulun 7-də Türkiyəyə rəsmi səfər edəcək
Donald Tramp:''İranla aparılan danışıqlarda irəliləyiş əldə olunub''
Rusiya: "Ukraynaya qarşı təzyiqləri artırmağa davam edəcəyik"
C.D.Vens:''D.Tramp ciddi səbəb olmadığı təqdirdə ordunu İrana göndərmək niyyətində deyil''
Ermənistan rəhbərliyi İsrailin 1915-ci il hadisələrini “siyasi alətə çevirməsinə” qarşı çıxıb
İordan çayının qərb sahilində yeni məskunlaşma planı hazırlandığı iddia edilib
Tramp İranla görüşün Qətərdə keçiriləcəyini bildirsə də, İran birbaşa danışıqları rədd edir
İran D.Trampın danışıqlar barədə bəyanatını təkzib etdi
ABŞ və İran arasında əldə olunmuş razılaşma pozuldumu?
ABŞ İsrail və Livan arasında əldə olunmuş sülh sazişinin təfərrüatlarını açıqlayıb
Qazaxıstan Ukraynanın Rusiyadakı zavoda törətdiyi PUA hücumundan sonra qaz hasilatını azaldıb