SİYASƏT
2 dəqiqə oxuma
Tramp: "NATO müttəfiqləri kömək etməsə, alyans "çox pis" gələcəklə üzləşəcək"
Tramp ABŞ-nin Rusiyaya qarşı Ukraynaya kömək etdiyi kimi, müttəfiqlərin də Hörmüz boğazı məsələsində onlara kömək etməsini gözlədiklərini ifadə edib
Tramp: "NATO müttəfiqləri kömək etməsə, alyans "çox pis" gələcəklə üzləşəcək"
Tramp FT-ə bildirib ki, o, mina təmizləyən gəmilərlə yanaşı, [İran] sahillərindəki pis ünsürləri zərərsizləşdirəcək insanlar da istəyir. / AP

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp bildirib ki, müttəfiqlər İran tərəfindən faktiki olaraq bağlanmış kritik neft daşıma marşrutu olan Hürmüz boğazının açılmasına kömək etməsələr, NATO "çox pis" bir gələcəklə qarşılaşacaq.

Martın 15-də “Financial Times” qəzetinə verdiyi qısa müsahibədə Tramp ABŞ-nin Rusiya ilə müharibədə Ukraynaya kömək etdiyi kimi, bağlanması ilə dünya miqyasında enerji qiymətlərinin artmasına səbəb olan Hörmüz boğazı məsələsində də Avropanın kömək etməsini gözlədiyini dilə gətirib.

İllər boyu alyansı ABŞ-nin səxavətindən yararlanmaqda ittiham edən Tramp: “Heç bir cavab olmasa və ya cavab mənfi olsa, bunun NATO-nun gələcəyi üçün çox pis olacağını düşünürəm. Boğazdan istifadə edənlərin orada pis bir şeyin baş verməsinin qarşısını almaq üçün kömək etmələri son dərəcə yerinə düşərdi”, -deyə bildirib.

Gözlədiyi xüsusi yardımla bağlı suala cavab olaraq Tramp minatəmizləyən gəmilərlə yanaşı, İran sahili boyunca yerləşən bəzi pis aktorları zərərsizləşdirəcək şəxslər” istədiyini qeyd edib.

İran ilə danışıqlar

Tramp Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsi məsələsində yeddi ölkə ilə danışıqlar apardığını ifadə edərkən, həmçinin Vaşinqtonun İranla təmasda olduğunu, lakin Tehranın münaqişəni dayandırmaq üçün ciddi danışıqlara hazır olduğundan şübhə duyduğunu bildirib.

Tramp “Air Force One” təyyarəsində jurnalistlərə administrasiyasının İranla danışdığını, lakin hazır olduqlarını zənn etmədiyini deyib.

İrana qarşı aparılan müharibənin nə qədər davam edəcəyi ilə bağlı qeyri-müəyyənlik son iki həftədə tədarük riskləri səbəbindən xam neft qiymətlərinin sürətlə artdığı neft bazarlarını sarsıdıb.

Araşdırma
İran XİN rəhbəri Abbas Ərakçi:"Hazırda ABŞ ilə danışıqlar aparmırıq"
İran Hörmüz boğazının açılması üçün altı şərt irəli sürüb
M.Zaxarova: “NATO və Aİ beynəlxalq terrorizmin bir hissəsinə çevrilib”
İran Hörmüz boğazında sabitliyi bərpa etmək üçün regional əməkdaşlıq çağırışı edib
Qeyri-qanuni israilli köçkünlər İordan çayının qərb sahilində iki məscidi yandırıblar
İran Xəzər dənizində ticarət gəmisinə edilən hücumda Ukraynanı günahlandırır
K.J.Tokayev V.Putinə Ukrayna müharibəsini "İstanbul Formulu 2.0" çərçivəsində dondurmağı təklif edib
BMT Baş katibi 17 ildən sonra Dəməşqə səfər edib
İran XİN rəhbəri A.Əraqçi rusiyalı və pakistanlı həmkarları ilə görüş keçirib
Türkiyə dövləti “Məscidi Əqsa”ya edilən basqınla bağlı bəyanat yayıb
İran prezidenti M.Pezeşkian ölkədəki iqtisadi problemlərlə bağlı danışıb
Endi Bernem Böyük Britaniyanın yeni Baş naziri oldu
Türkmənistan Prezidenti S.Berdiməhəmmədov Gürcüstana rəsmi səfər edib
"Tramp Netanyahunun Türkiyəyə F-35 satışı təklifini tənqid etməsinə qəzəbləndi"
D. Peskov:"Ukrayna böhranın sülh yolu ilə həll edilməsini istəmir"
Suriya ABŞ-nin ölkəni "terroru dəstəkləyən ölkələr" siyahısından çıxarmasını alqışlayıb
İran ABŞ-yə sərt xəbərdarlıq etdi
Donald Tramp: "İranın hər hücumuna adekvat cavab veriləcək''
ABŞ-ın müdafiə naziri İsrailin Baş naziri B.Netanyahu ilə planlaşdırılan görüşünü təxirə salıb
NATO-nun 36-cı sammitinin yekun bəyannaməsi qəbul olunub