DÜNYA
1 dəqiqə oxuma
Nigeriyada törədilən hücum nəticəsində onlarla adam ölüb
Nigeriya polisi Maiduquri şəhərində törədilən silsilə partlayışlar nəticəsində azı 23 nəfərin həlak olduğunu, 108 nəfərin isə yaralandığını açıqlayıb.
Nigeriyada törədilən hücum nəticəsində onlarla adam ölüb
Nigeriyada törədilən hücum nəticəsində onlarla adam ölüb / Reuters
 

Nigeriya polisi Maiduquri şəhərində törədilən silsilə partlayışlar nəticəsində azı 23 nəfərin həlak olduğunu, 108 nəfərin isə yaralandığını açıqlayıb.

Polis sözçüsü Nahum Kennet Daso ilkin araşdırmaların hücumların kamikadzelər tərəfindən törədildiyini göstərdiyini bildirib.

Martın 16-da baş verən bu hadisələr bazar günü gecəsi hərbi posta edilən və terrorçuların məsuliyyət daşıdığı hücumdan sonra qeydə alınıb.

Bölgədə "Boko Haram" və onun rəqibi olan DEAŞ-ın Qərbi Afrika qolu ISWAP son vaxtlar ölkənin şimal-şərqində fəaliyyətlərini intensivləşdiriblər.

Nigeriyada 16 ildir davam edən terror kampaniyası indiyədək 40 mindən çox insanın ölümünə və təxminən iki milyon sakinin yurd-yuvasından didərgin düşməsinə səbəb olub. Hadisə yerində olan AFP müxbiri şəhər xəstəxanasında onlarla yaralının müalicə edildiyini və həlak olanların cəsədlərinin xəstəxana həyətinə yerləşdirildiyini bildirib.

Polis idarəsindən çərşənbə axşamı verilən son məlumata görə, zərər çəkmiş ərazilərdə vəziyyət stabilləşib.

Təhlükəsizlik qüvvələri Maiduquri və ətraf bölgələrdə yeni insidentlərin qarşısını almaq məqsədilə nəzarəti gücləndiriblər.

Araşdırma
Qəzza Səhiyyə Nazirliyi bölgədə infeksion xəstəliklərin yayılması ilə bağlı xəbərdarlıq edib
Ukrayna: Rusiyanın müxtəlif hücumlarında 14 mülki şəxs ölüb
Burhanettin Duran: "Mən hər uşağın ümidlə, əminliklə böyüdüyü bir dünya arzulayıram"
ABŞ-də genişmiqyaslı texnoloji fasilələrdən sonra kibertəhlükəsizlik rəhbəri vəzifəsindən çıxarıldı
Türkiyə Şengen viza proseslərinin yenidən nəzərdən keçirilməsini istəyib
İsrailin hücumları nəticəsində 6 mindən çox fələstinli evini tərk etmək məcburiyyətində qalıb
Donald Tramp Si və Putinlə görüşü tarixi qələbə adlandırıb
Rusiya:''Ukraynanın enerji obyektlərinə zərbələr endirdik''
Rusiya: Ukrayna Krım körpüsünə yenidən hücum edib
Rubio: "Ölkədə baş verən texniki nasazlıqların bir-biri ilə əlaqəsi yoxdur"
K.Ollonqren:''Rusiya-Ukrayna sülh müqaviləsinə mütləq təhlükəsizlik zəmanətləri daxil edilməlidir''
Aleksey Lixaçov:''Akkuyu AES-in birinci reaktoruna yaxın vaxtlarda nüvə yanacağı yüklənəcək''
ABŞ İranın Qeşm adasına zərbələr endirib
İran ABŞ-yə qarşı kimyəvi hücum planlarını təkzib etdi
Rusiyaya məxsus təyyarələrin Yaponiya hava məkanını pozması səbəbilə qırıcılar havalandı
İran Bəhreyndəki ABŞ radar obyektini hədəf aldığını iddia edib
Rusiya: Ukrayna Krım körpüsünə yenidən hücum edib
İsrailli köçkünlər Əriha yaxınlığında fələstinli qadını öldürüblər
ABŞ Prezidenti Donald Tramp bu gün Filippinə səfər edəcək
BMT: Suriyada yenidənqurma işlərinin xərci 216 milyard dollar olaraq təxmin edilir