Misirin xarici işlər naziri Bədir Abdulati İslamabada rəsmi səfər edərək Misir prezidenti Əbdülfəttah əs-Sisinin Pakistanlı həmkarı Asif Əli Zərdariyə ünvanladığı məktubu təqdim edib. Nazir bildirib ki, rəsmi Qahirə Pakistanla müxtəlif sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə 2026-cı il üçün birgə yol xəritəsi hazırlamaq niyyətindədir.
Misir Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd edilib ki, B.Abdulati səfər çərçivəsində prezident Ə.Sisinin yazılı mesajını A. Əli Zərdariyə çatdırıb və həmin mesajda iki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələlərinə diqqət yetirilib. B.Abdulati həmçinin BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı 2803 saylı qətnaməsinin icrasının vacibliyini və ABŞ prezidenti Donald Tramp tərəfindən hazırlanmış, 10 oktyabr tarixli Qəzza üzrə atəşkəs planının ikinci mərhələsinə keçidin zəruriliyini vurğulayıb.
Misirin XİN rəhbəri bildirib ki, qətnamədə nəzərdə tutulduğu kimi, atəşkəsin davam etməsi üçün beynəlxalq sabitlik qüvvəsi tam həcmdə fəaliyyət göstərməlidir. O, noyabr ayında keçirilməsi planlaşdırılan, lakin hələ baş tutmayan “Qəzza üçün yenidənqurma və inkişaf” mövzusunda beynəlxalq konfransın hazırlıq prosesini də nəzərdən keçirib.
Xatırladaq ki, Türkiyə dövləti Misir və Qətərin vasitəçiliyi və ABŞ-ın dəstəyi ilə əldə olunmuş atəşkəs razılaşması İsrailin 2023-cü ilin oktyabrından etibarən davam etdirdiyi soyqırımı sonlandırıb. Qeyd edək ki, bu müddət ərzində əksəriyyəti qadın və uşaqlar olmaqla 70.000-dən çox insanın həlak olub, 170.000-dən çox adam yaralanıb.
Atəşkəs razılaşmasının birinci mərhələsi fələstinli məhbusların azad olunması müqabilində israilli girovların geri qaytarılmasını nəzərdə tutur. Sülh üzrə plan həmçinin Qəzzanın yenidən qurulmasını və “Həmas”ın daxil olmadığı yeni idarəetmə mexanizminin yaradılmasını əhatə edir.











