ABŞ Prezidenti Donald Tramp və NATO Baş katibi Mark Rutte Rusiya-Ukrayna müharibəsi, İrandakı gərginlik və alyans daxilində müdafiə xərclərinin artırılması məsələlərini müzakirə ediblər.
Görüş Donald Trampın Floridadakı Mar-a-Laqo iqamətgahında baş tutub.
Mətbuata qapalı keçirilən görüşdən sonra tərəflər birgə bəyanat yayıblar. Bəyanatda deyilir:"Görüş çox məhsuldar keçdi. Rusiya-Ukrayna müharibəsi və İrandakı vəziyyəti müzakirə etdik, həmçinin Haaqa və Ankara sammitlərində birlikdə əldə etdiyimiz mühüm nailiyyətləri də nəzərdən keçirdik".
Rəsmi açıqlamada Rusiyaya müharibəni daha da gərginləşdirə biləcək istənilən addımdan çəkinməklə bağlı çağırış edilib və münaqişənin ən qısa zamanda sülh yolu ilə həllinin vacibliyi vurğulanıb.
Bəyanatda həmçinin həm ABŞ-də, həm də digər NATO ölkələrində müdafiə xərclərinin və müdafiə sənayesi infrastrukturuna yatırılan investisiyaların artırılmasının davam etdirilməsi ilə bağlı razılığa gəlindiyi qeyd olunub.














