DÜNYA
1 dəqiqə oxuma
İlham Əliyev və Məsud Pezeşkian arasında telefon danışığı olub
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb
İlham Əliyev və Məsud Pezeşkian arasında telefon danışığı olub
İlham Əliyev və Məsud Pezeşkian arasında telefon danışığı olub

Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İlham Əliyev Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində uğurlar arzulayıb.

İran Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Telefon danışığı zamanı dövlət başçıları Bişkekdə keçirilmiş son görüşlərini və həmin görüşdə müzakirə olunan məsələləri məmnunluqla xatırlayıblar.

Azərbaycan hökuməti nümayəndə heyətinin hazırda İranda səfərdə olduğu və səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər üzrə müzakirələrin aparıldığı qeyd edilib.