Səudiyyə Ərəbistanının baş müftisi Şeyx Əbdüləziz bin Abdullah əl-Şeyx vəfat etdi
Səudiyyə Ərəbistanının baş müftisi və ölkənin ən yüksək rütbəli din xadimi Şeyx Əbdüləziz bin Abdullah əl-Şeyx vəfat edib
Səudiyyə Ərəbistanının baş müftisi və ölkənin ən yüksək rütbəli din xadimi Şeyx Əbdüləziz bin Abdullah əl-Şeyx vəfat edib.
İslamın müqəddəs şəhərləri Məkkə və Mədinəyə ev sahibliyi edən Səudiyyə Ərəbistanı, həmçinin hər bir müsəlmanın ömründə bir dəfə yerinə yetirməli olduğu illik Həcc ziyarətinə ev sahibliyi edir. Buna görə də, baş müftinin açıqlamaları böyük diqqətlə izlənir.
Son illərdə Səudiyyə Ərəbistanında qadınlara avtomobil sürməyə icazə vermək, kinoteatrların açılması kimi sosial baxımdan daha liberal addımlar atılıb. Şeyx Əbdüləziz DEAŞ və Əl-Qaidə kimi ekstremist qruplaşmaları qətiyyətlə pisləyib.
89 yaşlı kral Salman adından krallığın gündəlik idarəçiliyini həyata keçirən vəliəhd şahzadə Məhəmməd bin Salman sentyabrın 23-də Ər-Riyadda qılınan cənazə namazında iştirak edib.
Səudiyyə Kral Şurasının yaydığı bəyanatda deyilir: "Onun vəfatı ilə İslam dünyası görkəmli bir alimini itirdi’’.
Gənc yaşda görmə qabiliyyətini itirən Şeyx Əbdüləziz 1999-cu ildə Səudiyyə kralı Fəhd tərəfindən baş müfti vəzifəsinə təyin olunub.