DÜNYA
1 dəqiqə oxuma
ABŞ Prezidenti Donald Tramp bu gün Filippinə səfər edəcək
ABŞ Prezidenti Donald Trampın Cənub-Şərqi Asiya ölkələrinin sammitində iştirak etmək üçün bu gün Filippinə səfər edəcəyi gözlənilir
ABŞ Prezidenti Donald Tramp bu gün Filippinə səfər edəcək
ABŞ Prezidenti Donald Tramp bu gün Filippinə səfər edəcək / TRT Azerbaycan

ABŞ Prezidenti Donald Trampın Cənub-Şərqi Asiya ölkələrinin sammitində iştirak etmək üçün bu gün Filippinə səfər edəcəyi gözlənilir.

Məlumata görə, Tramp Manila və Şençjendə keçiriləcək sammitlər zamanı ölkə daxilində onun siyasi mövqeyinin zəifləməsi ilə bağlı formalaşmış təsəvvürü dəyişməyə çalışacaq.

Səfər proqramına Çin və Rusiya liderləri ilə görüş də daxildir. Trampın sözlərinə görə, o, bu görüşdə Ukraynadakı müharibəni müzakirə etməyi planlaşdırır. ABŞ Prezidenti həmçinin bu həftə Çinə səfər edəcəyi təqdirdə Şimali Koreya lideri Kim Çen Inla da görüşə biləcəyini istisna etməyib.

Donald Tramp həmçinin Çin lideri Si Cinpinlə görüşündə "Nvidia"nın rəhbəri Censen Huanqın Çin kəşfiyyatına işləməkdə şübhəli bilinən bir qadınla münasibətlərinə toxuna biləcəyini deyib. Lakin ABŞ rəsmiləri daha əvvəl CNN telekanalına açıqlamalarında Trampın bu məsələni gündəmə gətirəcəyini gözləmədiklərini bildirmişdilər.