DÜNYA
2 dəqiqə oxuma
İtamar Ben Qvir:“İsrail əsgərlərinin fələstinliləri güllələməsini dəstəkləyirəm”
İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben Qvir işğal altındakı İordan çayının qərb sahilində iki fələstinlinin İsrail əsgərləri tərəfindən güllələnməsini dəstəklədiyini bildirib
İtamar Ben Qvir:“İsrail əsgərlərinin fələstinliləri güllələməsini dəstəkləyirəm”
İtamar Ben Qvir:“İsrail əsgərlərinin fələstinliləri güllələməsini dəstəkləyirəm” / AP

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben Qvir işğal altındakı İordan çayının qərb sahilində iki fələstinlinin İsrail əsgərləri tərəfindən güllələnməsini dəstəklədiyini bildirib.

İtamar Ben Qvir rəsmi X hesabında etdiyi paylaşımda bu ifadələrə yer verib:“Cenində bir binadan çıxan terrorçuları güllələyən sərhəd keşikçilərini və İsrail Müdafiə Qüvvələrinin əsgərlərini dəstəkləyirəm. Qüvvələr onlardan gözlənildiyi kimi hərəkət etdi — terrorçular ölməlidir!”

Bu açıqlama İsrail ordusu və polisinin hadisə ilə bağlı araşdırma apardıqlarını bildirməsindən sonra verilib. Sosial mediada, həmçinin İsrail və beynəlxalq media orqanlarının yaydığı görüntülərdə iki kişinin əllərini qaldıraraq İsrail qüvvələrinə yaxınlaşdığı, daha sonra silah səslərinin eşidildiyi və həmin şəxslərin yerə yıxıldığı görünürdü.

Fələstin rəhbərliyi hadisəni “müharibə cinayəti” və “qəddar edam aktı” kimi qınayıb.

İsrail ordusu və polisinin birgə bəyanatında bildirilib ki, əsgərlər partlayıcı maddələr atmaq və təhlükəsizlik qüvvələrinə atəş açmaq da daxil olmaqla terror aktları törətmiş və axtarışda olan şəxsləri tutmağa çalışıblar. Bəyanatda həmçinin deyilir: “Onlar ortaya çıxdıqdan sonra şübhəlilərə atəş açılıb. Hadisə bölgədəki komandirlər tərəfindən araşdırılır və müvafiq peşəkar bölmələrə təqdim ediləcək’’.

Fələstin Səhiyyə Nazirliyi qurbanların 37 yaşlı Yusif Əli Asa və 26 yaşlı Əl-Müntəsir Billah Mahmud Abdullah olduğunu açıqlayıb. Nazirlik bildirib ki, həmin şəxslər Ceninin Cəbəl Əbu Dhahir bölgəsində öldürülüb və cəsədləri İsrail qüvvələri tərəfindən saxlanılıb.

Fələstin Xarici İşlər Nazirliyi hadisəni “qəddar edam aktı” kimi qınayaraq beynəlxalq ictimaiyyəti İsrailin “öldürmə maşınını” dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb.

Həmas isə baş verənləri “iki silahsız fələstinli gəncin soyuqqanlı şəkildə edamı” kimi qiymətləndirib.

İordan çayının qərb sahilində İsrailin törətdiyi zorakılıq 2023-cü ilin oktyabr ayında Qəzzada başlanan soyqırımdan sonra daha da artıb.

Araşdırma
İran: Hörmüz boğazında 2 supertankerdə partlayışdan sonra yanğın baş verib
Pezeşkian: "ABŞ və İsrailin İrana qarşı hücumları 1,5 milyon ton CO2 emissiyasına səbəb olub"
İran BMT və BAEA-nı ABŞ-nin nüvə proqramı ilə bağlı 20 milyon dollarlıq təklifini pisləməyə çağırıb
BMT Baş katibi Antonio Quterreş COP31-də ölkələri "İqlim Ədaləti Sazişi"ni qəbul etməyə çağırıb
Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün keçirilən üçtərəfli danışıqların ikinci günü başladı
"TRT-nin 18-ci Beynəlxalq Sənədli Film Mükafatları" üçün müraciətlərin qəbuluna başlanılıb
Avropa İttifaqı Şurası ilə Avropa Parlamenti İttifaqın 2027-ci il büdcəsi üzrə razılığa gəlib
Portuqaliya XİN Mark Ruttenin açıqlamasına reaksiya göstərib
İsraildəki Birgə Ərəb Siyahısı: Netanyahu tam histeriya içindədir, bəyanatları dəlilik, irqçilikdir
Prezident Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb
200-dən çox ölkənin nümayəndəsi Antalyada keçirilən COP31 sammitində bir araya gəlir
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında elektrik layihələrində əməkdaşlıq
BMT-nin Baş katibi Quterreş Türkiyəni COP31 sammiti təşkilatçılığına görə tərifləyib
Danimarka Ukraynaya hərbi və enerji sahələrində 750 milyon dollara yaxın dəstək göndərəcək
Türkiyə yaşıl, rəqəmsal keçidi sürətləndirmək məqsədilə "Yaşıl Uzlaşma Fəaliyyət Planı"nı yeniləyib