İQTİSADİYYAT
1 dəqiqə oxuma
Türkiyə və Suriya Dəməşqdə 10 milyard dollarlıq ticarət hədəfini müzakirə ediblər
Ticarət naziri Ömər Bolat ticarət əlaqələri və investisiya imkanlarını Suriya rəsmiləri ilə müzakirə etmək üçün Dəməşqdə səfərdə olub
Türkiyə və Suriya Dəməşqdə 10 milyard dollarlıq ticarət hədəfini müzakirə ediblər
Türkiyənin ticarət naziri Ömər Bolat 26 avqust 2026-cı ildə "Türkiyə-Suriya Ticarət Nümayəndə Heyəti və B2B Görüşləri" tədbirində çıxış edir. / َAA

Türkiyənin ticarət naziri Ömər Bolat 63-cü Dəməşq Beynəlxalq Sərgisi çərçivəsində Suriyanın iqtisadiyyat və sənaye naziri Nidal əl-Şaar ilə görüşüb. Görüş zamanı iki ölkə arasındakı ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaq hədəfinə doğru atılacaq addımlar müzakirə olunub.

Avqustun 26-da Türkiyənin "NSosyal" sosial media platformasında paylaşım edən Ö.Bolat görüşün xüsusilə ticarətin asanlaşdırılması, nəqliyyat və gömrük keçid məntəqələri sahələrində əməkdaşlıq imkanlarının qiymətləndirilməsinə yönəldildiyini bildirib. Həmçinin Türkiyənin özəl sektorunun Suriyanın bərpa olunması prosesində oynaya biləcəyi rol da nəzərdən keçirilib.

Hər iki nazir aprel ayında keçirilən Türkiyə-Suriya Birgə İqtisadi və Ticarət Komissiyasının iclasında əldə olunan razılaşmaların həyata keçirilməsinə sadiq qaldıqlarını bir daha təsdiqləyiblər.

Nazir Ömər Bolat daha sonra Suriya İnvestisiya Agentliyinin yeni sədri Əhməd Rəvvad Ramadana ilə görüşərək Türkiyə şirkətlərinin Suriyadakı investisiya planları və imkanlarını müzakirə edib.

Görüş zamanı investisiya mühitini daha proqnozlaşdırılan etmək üçün atıla biləcək addımlar, eləcə də Suriyanın Kamune və Sarakib bölgələrindəki mütəşəkkil sənaye zonalarına planlaşdırılan yatırımlar müzakirə olunub.

Ö.Bolat bildirib ki, Ə.R.Ramadanın Türkiyə iş dünyası haqqında dərin biliyi iki ölkə arasındakı investisiya əlaqələrinin inkişafına əhəmiyyətli töhfə verəcək.

Danışıqlarda iştirak edən Türkiyədən iş adamları da regionda istehsalın və məşğulluğun artırılması ilə bağlı gözləntilərini, eləcə də uzunmüddətli investisiya planlarını bölüşüblər.

Araşdırma
Prezident Ərdoğan: "İlin ilk 5 ayında ixracatda tarixi uğur əldə etdik"
"Türk Hava Yolları" 150-yə qədər "Boeing 737 MAX" təyyarəsi üçün sifariş sazişi imzalayıb
Türkiyənin Türk dövlətləri ilə ticarət dövriyyəsi 2026-cı ildə 10 milyard dolları ötüb
Türkiyə Suriya ilə ticarət əlaqələrini inkişaf etdirir
Türkiyənin günəş enerjisi istehsalı iyul ayında 5,37 milyard kilovatt-saatla yeni rekord həddə çatdı
Türkiyənin ixracı iyul ayında 25,6 milyard dollara çatıb
ABŞ Venesuela neft yataqlarını 100 illik icarəyə götürməyə hazırlaşır
Türkiyə Avropa İttifaqının beşinci ən böyük ticarət tərəfdaşıdır
ABŞ-nin İranla müharibəsi Çinin elektrikli yük maşını satışlarını artırır
Paşinyan Türkiyə və Azərbaycanla elektrik enerjisi ticarətinə hazır olduqlarını bildirib
Qlobal miqyasda işsizlik son bir ildə gənclər arasında xeyli artıb
Yaxın Şərqdəki müharibə investorları təşvişə salır
ABŞ-İran gərginliyinin artması, Qırmızı dənizin bağlanma təhlükəsi fonunda neft qiymətləri yüksəlir
ABŞ Braziliyaya %25 gömrük rüsumu tətbiq edib
Türkiyə və Niderland iqtisadi əməkdaşlıq üçün yeni yol xəritəsi qəbul ediblər
Türkiyənin müdafiə ixrac gəliri NATO müttəfiqlərinə edilən satışlarla 11 milyard dollara yaxınlaşıb
Avropanın mühüm müdafiə sənayesi layihələrində ciddi böhran müşahidə olunur
Avropa İnvestisiya Bankı Türkiyənin ekoloji layihələrinə 200 milyon avro vəsait ayırdı
Türkiyə Kanada ilə azad ticarət sazişi danışıqlarına başlayır
Türkiyə 4 ayda 195 milyon dollarlıq limon ixrac edib