İQTİSADİYYAT
2 dəqiqə oxuma
ABŞ Venesuela neft yataqlarını 100 illik icarəyə götürməyə hazırlaşır
ABŞ Venesuelanın 90 milyard barel ehtiyatı olan neft yataqlarını 100 illik icarəyə götürməyi planlaşdırır
ABŞ Venesuela neft yataqlarını 100 illik icarəyə götürməyə hazırlaşır
Saziş ABŞ-ın strateji neft ehtiyatlarının son 40 ilin ən aşağı səviyyəsində olduğu bir vaxtda ABŞ-ın neft ehtiyatlarını iki dəfədən çox artıra bilər. / AFP Archive

"Axios" xəbər portalının məlumatına görə, Prezident Donald Trampın administrasiyası Venesuelanın müvəqqəti hökuməti ilə ölkənin zəngin neft ehtiyatlarında ABŞ-nin pay alması barədə danışıqlar aparır.

Müzakirələr 90 milyard barel ehtiyatı olan 10-dan çox məhsuldar neft yatağını əhatə edir ki, bu da Venesuelanın ümumi 300 milyard barellik ehtiyatının təxminən üçdə birinə bərabərdir.

"Axios" xəbər portalının məlumatına görə, ABŞ-nin mülkiyyət payı müqabilində Amerika şirkətləri də daxil olmaqla özəl müəssisələr bu yataqları istismar edəcək və Venesuelaya daha çox neft gəliri qazandıracaq.

Danışıqlardan xəbərdar olan mənbələrə istinadən "Reuters" xəbər agentliyinin yaydığı digər bir məlumata əsasən, yaxın vaxtlarda imzalanaraq ictimaiyyətə açıqlana biləcək sazişin ABŞ hökumətinin Venesueladakı bir neçə neft yatağını Amerika şirkətləri tərəfindən istismar edilməsi üçün zəmanət altına almasını nəzərdə tutacağı gözlənilir.

Mənbələrdən biri bildirib: "Bu məsələ ABŞ və Venesuela hökumətləri tərəfindən ən yüksək səviyyədə müzakirə olunur".

Başqa bir mənbə isə, sazişin icrası üçün hüquqi model kimi "icarə" üsulunun nəzərdən keçirildiyini, yataqların hər birinin ABŞ istehsalçıları arasında bölünməsi məqsədilə daha sonra hərrac və ya tender keçiriləcəyini qeyd edib.

Venesuela dünyada təsdiqlənmiş en böyük neft ehtiyatlarına malikdir.

"Axios"un xəbərində vurğulanır ki, bu saziş ABŞ-nin strateji neft ehtiyatlarının son 40 ilin ən aşağı səviyyəsində olduğu bir vaxtda ölkənin neft ehtiyatlarını iki dəfədən çox artıracaq.

ABŞ-nin Venesuelanın keçmiş lideri Nikolas Maduronu hərbi əməliyyatla devirməsindən təxminən səkkiz ay sonra müvəqqəti prezident Delsi Rodriges ölkəni, xüsusilə də energetika sektorunu xarici investisiyalara açmağa çalışır.

Araşdırma
Prezident Ərdoğan: "İlin ilk 5 ayında ixracatda tarixi uğur əldə etdik"
"Türk Hava Yolları" 150-yə qədər "Boeing 737 MAX" təyyarəsi üçün sifariş sazişi imzalayıb
Türkiyənin Türk dövlətləri ilə ticarət dövriyyəsi 2026-cı ildə 10 milyard dolları ötüb
Türkiyə Suriya ilə ticarət əlaqələrini inkişaf etdirir
Türkiyənin günəş enerjisi istehsalı iyul ayında 5,37 milyard kilovatt-saatla yeni rekord həddə çatdı
Türkiyənin ixracı iyul ayında 25,6 milyard dollara çatıb
Türkiyə və Suriya Dəməşqdə 10 milyard dollarlıq ticarət hədəfini müzakirə ediblər
Türkiyə Avropa İttifaqının beşinci ən böyük ticarət tərəfdaşıdır
ABŞ-nin İranla müharibəsi Çinin elektrikli yük maşını satışlarını artırır
Paşinyan Türkiyə və Azərbaycanla elektrik enerjisi ticarətinə hazır olduqlarını bildirib
Qlobal miqyasda işsizlik son bir ildə gənclər arasında xeyli artıb
Yaxın Şərqdəki müharibə investorları təşvişə salır
ABŞ-İran gərginliyinin artması, Qırmızı dənizin bağlanma təhlükəsi fonunda neft qiymətləri yüksəlir
ABŞ Braziliyaya %25 gömrük rüsumu tətbiq edib
Türkiyə və Niderland iqtisadi əməkdaşlıq üçün yeni yol xəritəsi qəbul ediblər
Türkiyənin müdafiə ixrac gəliri NATO müttəfiqlərinə edilən satışlarla 11 milyard dollara yaxınlaşıb
Avropanın mühüm müdafiə sənayesi layihələrində ciddi böhran müşahidə olunur
Avropa İnvestisiya Bankı Türkiyənin ekoloji layihələrinə 200 milyon avro vəsait ayırdı
Türkiyə Kanada ilə azad ticarət sazişi danışıqlarına başlayır
Türkiyə 4 ayda 195 milyon dollarlıq limon ixrac edib