İQTİSADİYYAT
2 dəqiqə oxuma
CNN: İstanbul hava limanı Londonu taxtından saldı
Mərkəzi qərargahı ABŞ-də olan yayım orqanı CNN İGA İstanbul hava limanının London Hitrounu (Heathrow) geridə qoyaraq dünyanın ən geniş uçuş şəbəkəsinə malik hava limanı ünvanını ələ keçirməsini işıqlandırıb
CNN: İstanbul hava limanı Londonu taxtından saldı
CNN: İstanbul hava limanı Londonu taxtından saldı. (TRT HABER) / TRT Haber

CNN-nin əməkdaşı Morin O’Xarın (Maureen O'Hare) qələmə aldığı məqalədə İGA İstanbul hava limanının qlobal aviasiya sektorundakı qarşısıalınmaz yüksəlişindən bəhs edilib. Məqalədə hava limanının nəhəng miqyası, "Türk Hava Yolları"nın qlobal uçuş şəbəkəsi və Avropadakı rəqiblərinə nisbətən malik olduğu əməliyyat çevikliyi vurğulanıb.

İstanbulun tarixi İpək Yolundan bəri daima mühüm ticarət mərkəzi olduğuna diqqət çəkilərkən, 21-ci əsrdə hava limanının səmaya liderlik etdiyi ifadə olunub.

Qlobal səyahət məlumatları təminatçısı OAG-nin hazırladığı "Megahubs 2026" indeksinə əsasən, İstanbul hava limanı London Hitrounu geridə qoyaraq dünyanın ən yaxşı uçuş şəbəkəsinə malik hava limanı olub.

Siyahıda Amsterdam Sxiphol (Schiphol) üçüncü, Kuala-Lumpur dördüncü və Çikaqo O'Hara (O'Hare) beşinci yerdə qərarlaşıb.

Manhettendən daha böyük ərazi

O’Xar məqaləsində 2018-ci ildə istifadəyə verilən 12 milyard dollarlıq hava limanının sürətli və təsirli bir dinamikaya sahib olduğunu qeyd edib.

Bir mərkəzdə yerləşən 1,4 milyon kvadratmetrlik terminalın dünyanın ən böyüyü olduğu, 76,5 milyon kvadratmetrlik ümumi sahəsinin isə Manhettendən daha böyük olduğu vurğulanıb.

Hər il 84 milyondan çox sərnişinə xidmət göstərən hava limanının uzunmüddətli hədəfinin gücü ildə 200 milyon sərnişinə çatdırmaq olduğu bildirilib.

Gələcək illərdə rəqibsiz qalacaq

Yazıda fikirlərinə yer verilən OAG-nin baş analitiki Con Qrant (John Grant) İstanbul hava limanının birinci pilləyə yüksəldiyini və malik olduğu eniş-qalxış zolağı imkanları, "Türk Hava Yolları"nın uğuru, eləcə də Mərkəzi Asiya kimi inkişaf etməkdə olan bazarlara yaxınlığı sayəsində gələcək illərdə rəqibsiz qalacağını deyib.

İGA İstanbul hava limanının icraçı direktoru (CEO) Səlahəddin Bilgen isə əldə edilən bu uğurun qlobal aviasiya mərkəzi kimi qurduqları mövqeyi əks etdirdiyini bildirərək, hazırda dünya üzrə təxminən 350 nöqtəyə xidmət göstərdiklərini və daha da böyüyəcəklərini ifadə edib.