Yeni xidmət haqqı Aİ-nin iyulun 1-dən etibarən aşağı dəyərli e-ticarət göndərişlərinə tətbiq etdiyi 3 avroluq müvəqqəti gömrük vergisindən ayrıca tutulacaq.
Avropa İttifaqı (Aİ) noyabrın 1-dən etibarən İttifaq xaricindən sifariş edilən kiçik bağlamalara 2 avroluq xidmət haqqı (əməliyyat rüsumu) tətbiq edəcək.
Aİ Komissiyasının vergitutma idarəsinin yaydığı məlumata görə, İttifaq ölkələrinə edilən e-ticarət göndərişlərinə yönəlmiş yeni xidmət haqqı 1 noyabr 2026-cı ildə qüvvəyə minəcək.
Gömrük islahatı çərçivəsində tətbiq edilən bu rüsumla artan e-ticarət göndərişlərinin yoxlanılması və nəzarətindən mənbələnən xərclər ödəniləcək.
Bu çərçivədə, İttifaq xaricindən gələn bağlamalar üçün 2 avroluq əlavə rüsum tətbiq olunacaq. Bu rüsum gömrük bəyannaməsindəki hər bir məhsul növü (bəndi) üçün ayrıca hesablanacaq. Bir bağlamada fərqli növdə məhsullar olduqda, onlardan da ayrıca xidmət haqqı tutulacaq.
Qaydalar dəyəri 150 avronu ötən e-ticarət göndərişlərini də əhatə edəcək.
Yeni xidmət haqqı Aİ-nin iyulun 1-dən etibarən aşağı dəyərli e-ticarət göndərişlərinə tətbiq etdiyi 3 avroluq müvəqqəti gömrük vergisindən ayrıca tutulacaq.
Beləliklə, hər iki qərarın əhatə dairəsinə düşən bir göndərişdə tək bir məhsul növü üçün 3 avroluq gömrük vergisinə əlavə olaraq 2 avro xidmət haqqı ödəniləcək.
Aİ gömrük islahatı vasitəsilə artan e-ticarət həcminə qarşı nəzarət imkanlarını gücləndirməyi və İttifaq standartlarına uyğun olmayan məhsulların ölkəyə girişini daha effektiv şəkildə tənzimləməyi hədəfləyir.
Aİ ölkələrinə 2025-ci ildə 5,9 milyard aşağı dəyərli məhsul birbaşa istehlakçılara göndərilib ki, bunun da 90 faizindən çoxu Çinin payına düşüb.
Aİ uzun müddətdir ki, Çin mənşəli onlayn alış-veriş platformaları olan "Temu" və "AliExpress", həmçinin Çində qurulan e-ticarət şirkəti "Shein" vasitəsilə edilən alış-verişlərə yeni vergi tətbiq edilməsi üzərində işlər aparırdı.





















