İQTİSADİYYAT
2 dəqiqə oxuma
Türkiyə maliyyə şəffaflığı qiymətləndirməsində yuxarı pillələrdə qərarlaşdı
Beynəlxalq Valyuta Fondu (BVF) Türkiyənin maliyyə şəffaflığı sahəsində son 10 ildə mühüm irəliləyiş əldə etdiyini bildirib
Türkiyə maliyyə şəffaflığı qiymətləndirməsində yuxarı pillələrdə qərarlaşdı
Türkiyə maliyyə şəffaflığı qiymətləndirməsində yuxarı pillələrdə qərarlaşdı

Beynəlxalq Valyuta Fondunun (BVF) ölkələrin maliyyə statistikası, büdcə idarəçiliyi, maliyyə risklərinin idarə olunması və hesabatlılıq kimi dövlət maliyyə idarəçiliyi təcrübələrini araşdırdığı "Maliyyə Şəffaflığının Qiymətləndirilməsi" yenilənməsi çərçivəsində Türkiyə ilə bağlı hesabatı dərc olunub.

Hesabatda Türkiyənin maliyyə şəffaflığı sahəsində son 10 ildə böyük inkişaf yolu keçdiyi qeyd edilib. Bildirilib ki, ölkə dövlət maliyyə idarəçiliyində son illərdə əldə etdiyi irəliləyiş səviyyəsinə görə qiymətləndirmə prosesi başa çatan təxminən 40 ölkə arasında ən yuxarı pillələrdə yer alıb. Bu ölkələrin arasında Böyük Britaniya, Finlandiya, İrlandiya, Avstriya və Portuqaliya da var.

Hesabatda vurğulanıb ki, Türkiyənin dövlət maliyyə idarəçiliyindəki irəliləyişində bir sıra islahatlar mühüm rol oynayıb. Bunlara maliyyə statistikasının davamlı olaraq təkmilləşdirilməsi, fəaliyyətin nəticələrinə əsaslanan proqram büdcəsinin tətbiqi və beynəlxalq dövlət mühasibatlığı standartlarının həyata keçirilməsi daxildir.

Fondun hesabatında Türkiyənin maliyyə şəffaflığı sahəsindəki inkişafı 20 ildən artıqdır davam edən institusional transformasiyanın nəticəsi kimi qiymətləndirilib.

Qeyd edək ki, BVF-nin 2000-ci ildə həyata keçirdiyi maliyyə hesabatlılığı və standartlara dair ilk yoxlamada büdcənin hazırlanması və icrası proseslərində nöqsanların olduğu müəyyən edilmişdi. Həmçinin dövlət maliyyə hesabatlılığının böyük ölçüdə nağd pul əsaslı büdcə məlumatlarına söykəndiyi, balans məlumatlarının məhdud olduğu və maliyyə risklərinin kifayət qədər açıqlanmadığı müəəyyən olunmuşdu.

2015-ci ildəki qiymətləndirmədə isə hüquqi bazanın əvvəlki dövrlərə nisbətən möhkəmləndiyi, orta müddətli büdcə tərtibi təcrübələrinin inkişaf etdirildiyi və maliyyə hesabatlılığının əhatə dairəsinin ümumi dövlət sektorunu ehtiva edəcək şəkildə genişləndirildiyi ortaya qoyulmuşdu.

MƏNBƏ:TRT
Araşdırma
Prezident Ərdoğan: "İlin ilk 5 ayında ixracatda tarixi uğur əldə etdik"
"Türk Hava Yolları" 150-yə qədər "Boeing 737 MAX" təyyarəsi üçün sifariş sazişi imzalayıb
Türkiyənin Türk dövlətləri ilə ticarət dövriyyəsi 2026-cı ildə 10 milyard dolları ötüb
Türkiyə Suriya ilə ticarət əlaqələrini inkişaf etdirir
Türkiyənin günəş enerjisi istehsalı iyul ayında 5,37 milyard kilovatt-saatla yeni rekord həddə çatdı
Türkiyənin ixracı iyul ayında 25,6 milyard dollara çatıb
ABŞ Venesuela neft yataqlarını 100 illik icarəyə götürməyə hazırlaşır
Türkiyə və Suriya Dəməşqdə 10 milyard dollarlıq ticarət hədəfini müzakirə ediblər
Türkiyə Avropa İttifaqının beşinci ən böyük ticarət tərəfdaşıdır
ABŞ-nin İranla müharibəsi Çinin elektrikli yük maşını satışlarını artırır
Paşinyan Türkiyə və Azərbaycanla elektrik enerjisi ticarətinə hazır olduqlarını bildirib
Qlobal miqyasda işsizlik son bir ildə gənclər arasında xeyli artıb
Yaxın Şərqdəki müharibə investorları təşvişə salır
ABŞ-İran gərginliyinin artması, Qırmızı dənizin bağlanma təhlükəsi fonunda neft qiymətləri yüksəlir
ABŞ Braziliyaya %25 gömrük rüsumu tətbiq edib
Türkiyə və Niderland iqtisadi əməkdaşlıq üçün yeni yol xəritəsi qəbul ediblər
Türkiyənin müdafiə ixrac gəliri NATO müttəfiqlərinə edilən satışlarla 11 milyard dollara yaxınlaşıb
Avropanın mühüm müdafiə sənayesi layihələrində ciddi böhran müşahidə olunur
Avropa İnvestisiya Bankı Türkiyənin ekoloji layihələrinə 200 milyon avro vəsait ayırdı
Türkiyə Kanada ilə azad ticarət sazişi danışıqlarına başlayır