İQTİSADİYYAT
2 dəqiqə oxuma
ABŞ-nin İranla müharibəsi Çinin elektrikli yük maşını satışlarını artırır
Cənubi və Cənub-Şərqi Asiya ölkələri Amerikanın İrana qarşı müharibəsinin səbəb olduğu yanacaq qiymətlərindəki artıma alternativ axtararaq Çin istehsalı olan elektrikli yük maşınlarını idxal edir
ABŞ-nin İranla müharibəsi Çinin elektrikli yük maşını satışlarını artırır
Elektrikli yük maşınlarının tətbiqi qarşısındakı maneələrə nəqliyyat vasitələrinin daha yüksək alış qiymətləri və enerji doldurma infrastrukturundakı çatışmazlıqlar daxildir. / Reuters Archive

ABŞ və İsrailin İrana qarşı müharibəsi yanacaq xərclərini artıraraq regional miqyasda Çinin elektrikli yük maşınlarına olan tələbatı sürətləndirib. Müharibədən sonrakı dörd ay ərzində Çinin ağır elektrikli yük maşınlarının ixracı iki dəfə artaraq 16 823 nəqliyyat vasitəsinə çatıb və bu ixracın yarısı Cənubi və Cənub-Şərqi Asiya ölkelerinin payına düşüb.

Sözügedən bölgələrə satışlar müvafiq olaraq beş dəfədən çox və təxminən üç dəfə artıb.

Yanacaq qiymətlərinin kəskin yüksəlməsi, xüsusilə Cənubi və Cənub-Şərqi Asiyada Çin istehsalı ağır elektrikli yük maşınlarına tələbatı sürətlə artırıb. Müharibə başlayandan bəri Şri-Lanka və Filippində dizel yanacağının qiymətindəki əhəmiyyətli artım Çin istehsalçıları üçün yeni bazarlar açıb və elektrikli yük maşınlarının ixracını sürətləndirib.

"Sany" kimi istehsalçılar daha əlverişli modellər hazırlayaraq Cənub-Şərqi Asiya bazarına yönəliblər. Yanacaq xərclərinin artması isə elektrikli yük maşınlarının özünüdoğrulma (xərclərini çıxarma) müddətini əhəmiyyətli dərəcədə qısaldıb.

Çində elektrikli yük maşınlarının ümumi yük maşını satışlarının 30%-ni təşkil etməsi elektrikli nəqliyyat vasitələrinə keçidin sürətlə yayıla biləcəyini göstərir.

Yüksək alış xərcləri və şarj infrastrukturunun çatışmazlığı əsas maneələr olaraq qalsa da, elektrikli yük maşınlarının aşağı istismar xərcləri və genişlənən şarj şəbəkələri bu problemlərin aradan qaldırılmasına imkan yaradır.

Mütəxəssislər neftin yüksək qiymətinin müəssisələri daha çevik qərarlar qəbul etməyə məcbur edəcəyini və elektrikli yük maşınlarının istifadəsinin növbəti dövrdə, xüsusən də Asiya, Afrika və Latın Amerikasında kəskin artacağını proqnozlaşdırırlar.

Araşdırma
ABŞ Venesuela neft yataqlarını 100 illik icarəyə götürməyə hazırlaşır
Türkiyə və Suriya Dəməşqdə 10 milyard dollarlıq ticarət hədəfini müzakirə ediblər
Türkiyə Avropa İttifaqının beşinci ən böyük ticarət tərəfdaşıdır
Paşinyan Türkiyə və Azərbaycanla elektrik enerjisi ticarətinə hazır olduqlarını bildirib
Qlobal miqyasda işsizlik son bir ildə gənclər arasında xeyli artıb
Yaxın Şərqdəki müharibə investorları təşvişə salır
ABŞ-İran gərginliyinin artması, Qırmızı dənizin bağlanma təhlükəsi fonunda neft qiymətləri yüksəlir
ABŞ Braziliyaya %25 gömrük rüsumu tətbiq edib
Türkiyə və Niderland iqtisadi əməkdaşlıq üçün yeni yol xəritəsi qəbul ediblər
Türkiyənin müdafiə ixrac gəliri NATO müttəfiqlərinə edilən satışlarla 11 milyard dollara yaxınlaşıb
Avropanın mühüm müdafiə sənayesi layihələrində ciddi böhran müşahidə olunur
Avropa İnvestisiya Bankı Türkiyənin ekoloji layihələrinə 200 milyon avro vəsait ayırdı
Türkiyə Kanada ilə azad ticarət sazişi danışıqlarına başlayır
Türkiyə 4 ayda 195 milyon dollarlıq limon ixrac edib
Mehmet Şimşək Qlobal İslam İqtisadiyyatı Sammitində mühüm bəyanatlar verdi
Razılıq əldə olunmadı: Neft qiymətləri qəfil yüksəldi
ABŞ ilə İran arasındakı gərginlik artdıqca fond bazarları aşağı düşüb, neft qiymətləri yüksəlib
Neft qiymətləri artmaqda davam edir
Cevdet Yılmaz: "Türkiyə qlobal qeyri-müəyyənlik mühitində investesiya imkanlarını gücləndirir"
Mehmet Şimşək Türkiyənin qlobal ticarət marşrutlarına yatırdığı investisiyalardan danışıb