DÜNYA
2 dəqiqə oxuma
Kanada Fələstin dövlətini tanıyacağını açıqladı
Bu barədə Kanada Baş naziri Mark Karni məlumat verib
Kanada Fələstin dövlətini tanıyacağını açıqladı
Ottawa plans to recognize Palestine at the UN in September 2025 if the Palestinian Authority commits to governance reforms and excludes Hamas. / AP

Kanada Fələstində zəruri islahatların aparılması və ‘‘Həmas’’ hərəkatının gələcək hökumətdə iştirakdan imtina edərək silahı təhvil verməsi şərti ilə, 2025-ci ilin sentyabrında BMT Baş Assambleyasının 80-ci sessiyasında Fələstin dövlətini tanımağa hazır olduğunu bəyan edib.

Kanada Baş naziri Mark Karni bu qərarla bağlı deyib: “Kanada İsrail dövləti ilə sülh və təhlükəsizlik şəraitində yanaşı mövcud olan, müstəqil və suveren Fələstin dövlətini dəstəkləyir. Onilliklər ərzində bu məqsədə İsrail və Fələstin arasında aparılan danışıqlara əsaslanan bir sülh prosesi ilə çatılacağına ümid edilirdi”.

M.Karni bu prosesi çətinləşdirən bir sıra amillərə diqqət çəkib, buna nümunə olaraq İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrailin məskunlaşma fəaliyyətlərinin sürətlə genişlənməsini, İsrail parlamentinin qərb sahilinin bəzi hissələrini ilhaq etməyə yönəlmiş cəhdlərini, Qəzzada dərinləşən humanitar böhranı və bölgəyə humanitar yardımın çatdırılmasına qoyulan məhdudiyyətləri göstərib.

Fələstinin tanınması islahatlardan asılıdır

Kanadanın Fələstin dövlətini tanıması Fələstin rəhbərliyinin həyata keçirəcəyi islahatlardan asılı olacaq. Mark Karni bildirib ki, Kanada Fələstində seçkilərin keçirilməsi, zəruri islahatların həyata keçirilməsi və ‘‘Həmas’’ hərəkatının gələcək hökumətdə iştirakdan imtina edərək silahı təhvil verməsi şərti ilə BMT Baş Assambleyasının 80-cı sessiyasında sentyabrda Fələstinin dövlətçiliyini tanımağa hazırdır.

M.Karni eyni zamanda 7 oktyabrda ‘‘Həmas’’ tərəfindən əsir götürülən girovların dərhal azad edilməsi və hərəkatın silahı yerə qoyması ilə əlaqədar çağırış edib.

“Kanada hər zaman İsrailin Yaxın Şərqdə sülh və təhlükəsizlik şəraitində yaşamaq haqqını qətiyyətlə dəstəkləyib. Lakin davamlı sülhə gedən yol İsrailin təhlükəsizlik hüququnu tanıyan həyat qabiliyyətli və sabit Fələstin dövləti olmadan mümkün deyil’’, – deyə Karni bildirib.

O, həmçinin Kanadanın beynəlxalq tərəfdaşlarla birlikdə etibarlı bir sülh planı hazırlamaq və Qəzzaya geniş miqyaslı humanitar yardımın çatdırılmasını təmin etmək üçün fəal çalışacağını vurğulayıb.

“Kanada regionda ədalətli, davamlı və mənalı bir sülhün – bütün fələstinlilərin və israillilərin ləyaqətinə, təhlükəsizliyinə və arzularına hörmət edən bir nizamın qurulmasında konstruktiv tərəfdaş olacaq”, – deyə M.Karni qeyd edib.

Araşdırma
Mərkəzi Kəşfiyyat İdarəsi İsrailin Trampa qarşı "İranın sui-qəsdi" iddiasına şübhə ilə yanaşır
Nigeriyada mədən çöküb, ölən və yaralananlar var
İraq nümayəndə heyəti Səudiyyə Ərəbistanına səfər edib
Misirdə ticarət mərkəzində baş verən partlayışda üç nəfər ölüb, 17 nəfər yaralanıb
Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi olub
Abbas Əraqçi Fransaya reaksiya göstərib
İsrail qüvvələri Livanın cənubuna hava zərbələri endirib
Kolumbiyada dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 265-ə çatıb
Rusiya Prezidenti Vladimir Putin Kuril adalarına səfər edib
BƏƏ-yə məxsus təyyarənin Tehrana uçduğu iddia olunur
Qəzzada xilasetmə qrupları bölgədə dağıdılmış binaların altından cəsədləri çıxartmağa çalışır
Donald Tramp İrana etibar etmədiyini bəyan edib
Livan parlamenti ölüm hökmünü ləğv edən qanun layihəsini təsdiqləyib
ÜST:"Qəzzada minlərlə xəstə təxliyə olunmağı gözləyir"
Bəhreyn Pakistanı üçtərəfli müdafiə sazişi münasibətilə təbrik edib
BMT: İsrailin hərbi təcavüzü Qəzzada fələstinliləri təhlükə altına qoyur
İsrail rəsmisi ''Məkkə sazişi''nin İsrailə qarşı yönəldiyini açıqlayıb
Rusiya Kiyevi ballistik raketlərlə hədəf alıb, Zaporojyedə ən azı 5 nəfər həlak olub
Güclü külək Afina yaxınlığında yeni meşə yanğınına səbəb olub, təxliyə əmri verilib
"Dolfin" qasırğası Çinin şərqində 1,5 milyondan çox insanın təxliyəsinə səbəb olub