DÜNYA
2 dəqiqə oxuma
İsrailin Livanı işğalı zamanı daha iki BMT sülhməramlısı öldürülüb
BMT-nin Livandakı sülhməramlı missiyası (UNIFIL) İsrailin Livanın cənubandakı işğalının gərginləşməsi ilə paralel olaraq baş verən ölümcül hadisələri araşdırır
İsrailin Livanı işğalı zamanı daha iki BMT sülhməramlısı öldürülüb
İsrailin Livanı işğalı zamanı daha iki BMT sülhməramlısı öldürülüb / AFP
 

Livandakı BMT sülhməramlı missiyası (UNIFIL) İsrailin quru işğalı zamanı 24 saat ərzində baş verən ikinci ölümcül hadisədə cənubda iki heyət üzvünün öldüyünü bildirib.

Missiya "səbəbi məlum olmayan partlayışın nəqliyyat vasitələrini məhv etməsi nəticəsində" iki İndoneziyalı sülhməramlının öldüyünü və iki əsgərin də yaralandığını, onlardan birinin vəziyyətinin ağır olduğunu açıqlayıb.

Bir gün əvvəl isə, missiyaya məxsus bir mövqe yaxınlığında mərmi ilə vurulan başqa bir indoneziyalı sülhməramlı həlak olub, üçü isə yaralanıb..

BMT sülhməramlı missiya təhqiqat başladıb və BMT-nin sülhməramlı əməliyyatlar rəhbəri Jan-Pyer Lakrua hücumları qınayaraq, "sülhməramlıları təhlükəyə atan bütün hərəkətlər dayandırılmalıdır" deyib.

Beynəlxalq reaksiyalar

Livan prezidenti Cozef Aun "sülhməramlıların hədəf alınmasını" qınayaraq, danışıqların təmin edilməsi üçün beynəlxalq görüşlər keçirib.

BMT-nin Livan üzrə xüsusi koordinatoru Janin Hennis-Plassxaert "hücumları dayandırmaq üçün təcili atəşkəs" çağırışı edib.

Fransa xarici işlər naziri UNIFIL sülhməramlılarının iştirak etdiyi hadisələri ciddi insidentlər kimi xarakterizə edərək pisləyib və BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib.

İtaliyanın müdafiə naziri Quido Krosetto da vəziyyəti "dərin narahatlıqla" izlədiyini bildirərək, "Birləşmiş Millətlər Təşkilatının bölmələrinə hücum etməyin nə dözülməz, nə də qəbulolunmaz olduğunu" vurğulayıb.

BMT qüvvələrinin sülhün qorunmasında, gərginliyin qarşısının alınmasında və mülki şəxslərin müdafiəsində əsas rol oynadığını qeyd edən Krosetto onları hədəf almağın beynəlxalq birliyə qarşı hücum mənasına gəldiyi barədə xəbərdarlıq edib.

İsveçrə Xarici İşlər Nazirliyi də hadisələrdən "dərin narahatlıq" duyduğunu ifadə edərək, UNIFIL-ə dəstəyini yenidən bəyan edib.

Araşdırma
Qəzza Səhiyyə Nazirliyi bölgədə infeksion xəstəliklərin yayılması ilə bağlı xəbərdarlıq edib
Ukrayna: Rusiyanın müxtəlif hücumlarında 14 mülki şəxs ölüb
Burhanettin Duran: "Mən hər uşağın ümidlə, əminliklə böyüdüyü bir dünya arzulayıram"
ABŞ-də genişmiqyaslı texnoloji fasilələrdən sonra kibertəhlükəsizlik rəhbəri vəzifəsindən çıxarıldı
Türkiyə Şengen viza proseslərinin yenidən nəzərdən keçirilməsini istəyib
İsrailin hücumları nəticəsində 6 mindən çox fələstinli evini tərk etmək məcburiyyətində qalıb
Donald Tramp Si və Putinlə görüşü tarixi qələbə adlandırıb
Rusiya:''Ukraynanın enerji obyektlərinə zərbələr endirdik''
Rusiya: Ukrayna Krım körpüsünə yenidən hücum edib
Rubio: "Ölkədə baş verən texniki nasazlıqların bir-biri ilə əlaqəsi yoxdur"
K.Ollonqren:''Rusiya-Ukrayna sülh müqaviləsinə mütləq təhlükəsizlik zəmanətləri daxil edilməlidir''
Aleksey Lixaçov:''Akkuyu AES-in birinci reaktoruna yaxın vaxtlarda nüvə yanacağı yüklənəcək''
ABŞ İranın Qeşm adasına zərbələr endirib
İran ABŞ-yə qarşı kimyəvi hücum planlarını təkzib etdi
Rusiyaya məxsus təyyarələrin Yaponiya hava məkanını pozması səbəbilə qırıcılar havalandı
İran Bəhreyndəki ABŞ radar obyektini hədəf aldığını iddia edib
Rusiya: Ukrayna Krım körpüsünə yenidən hücum edib
İsrailli köçkünlər Əriha yaxınlığında fələstinli qadını öldürüblər
ABŞ Prezidenti Donald Tramp bu gün Filippinə səfər edəcək
BMT: Suriyada yenidənqurma işlərinin xərci 216 milyard dollar olaraq təxmin edilir