TÜRKİYƏ
1 dəqiqə oxuma
Polşa Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirmək istəyir
Polşanın milli müdafiə nazirinin müavini Maqdalena Sobkovyak-Çarneçka Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını açıqlayıb.
Polşa Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirmək istəyir
Polşa / TRT Azerbaycan
 

Polşanın milli müdafiə nazirinin müavini Maqdalena Sobkovyak-Çarneçka Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını açıqlayıb.

Ankarada səfərdə olan nazir müavini rəsmi "X" səhifəsində etdiyi paylaşımda Polşa-Türkiyə müdafiə əlaqələrinin ölkəsi üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. İki ölkə hərbçilərinin NATO çərçivəsində bir-birinin təhlükəsizliyinə dəstək verdiyini xatırladan Sobkovyak-Çarneçka, əməkdaşlığın növbəti mərhələsini Polşa və Türkiyə mühəndislərinin birgə formalaşdırmasını arzuladığını qeyd edib.

Türkiyənin ordusunu ölkənin iqtisadi inkişaf strategiyasına uyğun şəkildə modernləşdirdiyini deyən nazir müavini bu yanaşmanın yerli sənaye, elm, məşğulluq və ixracın artmasına da təkan verdiyini vurğulayıb. O, Polşanın müdafiə sahəsində Türkiyənin təcrübəsindən faydalanacağını bildirib.