DÜNYA
2 dəqiqə oxuma
İsrail tərəfi Qəzzaya fələstinlilərə aid cəsəd qalıqlarını təhvil verib
Bu haqda Böyük Britaniyada Leyborist Partiyasının sabiq lideri Ceremi Korbin məlumat paylaşıb
İsrail tərəfi Qəzzaya fələstinlilərə aid cəsəd qalıqlarını təhvil verib
İsrail tərəfi Qəzzaya fələstinlilərə aid cəsəd qalıqları olan qutular göndərib / AP

Fələstinlilərə aid kəllə sümükləri və parçalanmış insan qalıqları olan onlarla qutunun İsrail tərəfindən Qəzzaya təhvil verildiyi bildirilir. Bunu Böyük Britaniya parlamentinin müstəqil deputatı, Leyborist Partiyasının sabiq lideri Ceremi Korbin Qəzzadakı Şəfa xəstəxanasının direktorundan aldığı mesajı paylaşaraq bildirib.

C.Korbin həkim Məhəmməd Əbu Səlmiyyədən aldığı mesajı çatdıraraq bildirib ki, İsrail ordusunun xəstəxanaya təxminən 66 qutu insan qalığı təhvil verdiyi qeyd olunub.

C.Korbinin sözlərinə görə, xəstəxana əməkdaşları qutuları açdıqda, soyqırım zamanı öldürülmüş fələstinlilərə aid kəllə sümükləri ilə qarşılaşıblar.

Bundan əlavə, C.Korbin təhvil verilənlərin arasında ölü qadınlara aid cəsədlərin də olduğunu, həmin bədənlərdə cərrahi müdaxilə izləri görüldüyünü və bunun daxili orqanların çıxarılmış ola biləcəyi ilə bağlı iddialara səbəb olduğunu bildirib.

Deputat C.Korbin deyib: “Bunu təsəvvür etmək çox çətindir. Fələstin xalqına edilən budur. Bu, dövrümüzün ən böyük zülmüdür.”

 

Parçalanma və “orqanların götürülməsi” iddiaları

Qəzza Səhiyyə Nazirliyi şəxsiyyəti müəyyən edilməyən onlarla cənazə və qalıqların Beynəlxalq Qızıl Xaç Komitəsi (ICRC) vasitəsilə təhvil verildiyini təsdiqləyib.

Hadisə yerindəki səhiyyə rəsmiləri bəzi qalıqlarda qeyri-adi izlər aşkarlandığını, cənazələr qaytarılmadan əvvəl orqanların götürülmüş ola biləcəyinə işarə edən cərrahi kəsiklərin müəyyən edildiyini bildiriblər.

Özü də daha əvvəl İsrail qüvvələri tərəfindən saxlanılmış doktor Əbu Səlmiyyə qalıqların əksəriyyətinin yalnız sümüklər və kəllə sümüklərindən ibarət olduğunu, buna görə də tanınmaz vəziyyətdə qaldığını qeyd edib.

Səhiyyə Nazirliyi cənazələrin “parçalanmış vəziyyətdə” təhvil verildiyini və bunun standart məhkəmə-tibbi üsullarla şəxsiyyətin müəyyənləşdirilməsini demək olar ki, mümkünsüz etdiyini açıqlayıb.

 

“Fələstin dövrümüzün əsas məsələsidir”

Ceremi Korbin İsrailin Qəzzada törətdiklərini 20-ci əsrin antifaşist mübarizələri ilə tarixi paralellər əsasında qiymətləndirib.

“Gənc olanda insanların davası Vyetnam müharibəsinin dəhşətləri idi”, — deyən C.Korbin Qəzza üçün yüksələn qlobal həmrəyliyi İspaniyada faşizmə qarşı vuruşan Beynəlxalq briqadalara bənzədib.

Fevralın 23-də C.Korbin Vestminster Magistratlar Məhkəməsinin qarşısında keçirilən etiraz aksiyasına qatılaraq Fələstin Həmrəylik Kampaniyasının direktoru Ben Camal və “Müharibəni dayandırın” Koalisiyasından Kris Naynhem ilə həmrəylik nümayiş etdirib.

Qeyd edək ki, hər iki şəxs 2025-ci il yanvarın 18-də keçirilən dinc aksiyanın təşkilinə dair ittihamlarla üz-üzədir.

“Fələstin üçün etiraz aksiyasına qatılmaq cinayət deyil”, — deyən C.Korbin məhkəmə qarşısında verdiyi açıqlamada hökuməti etiraz hüququnu məhdudlaşdırmağa çalışmaqda ittiham edib və nümayiş keçirmək hüququ da daxil olmaqla əsas mülki azadlıqların hazırda hücum altında olduğu barədə xəbərdarlıq edib.

MƏNBƏ:TRT
Araşdırma
İran: Hörmüz boğazında 2 supertankerdə partlayışdan sonra yanğın baş verib
Pezeşkian: "ABŞ və İsrailin İrana qarşı hücumları 1,5 milyon ton CO2 emissiyasına səbəb olub"
İran BMT və BAEA-nı ABŞ-nin nüvə proqramı ilə bağlı 20 milyon dollarlıq təklifini pisləməyə çağırıb
BMT Baş katibi Antonio Quterreş COP31-də ölkələri "İqlim Ədaləti Sazişi"ni qəbul etməyə çağırıb
Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün keçirilən üçtərəfli danışıqların ikinci günü başladı
"TRT-nin 18-ci Beynəlxalq Sənədli Film Mükafatları" üçün müraciətlərin qəbuluna başlanılıb
Avropa İttifaqı Şurası ilə Avropa Parlamenti İttifaqın 2027-ci il büdcəsi üzrə razılığa gəlib
Portuqaliya XİN Mark Ruttenin açıqlamasına reaksiya göstərib
İsraildəki Birgə Ərəb Siyahısı: Netanyahu tam histeriya içindədir, bəyanatları dəlilik, irqçilikdir
Prezident Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb
200-dən çox ölkənin nümayəndəsi Antalyada keçirilən COP31 sammitində bir araya gəlir
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında elektrik layihələrində əməkdaşlıq
BMT-nin Baş katibi Quterreş Türkiyəni COP31 sammiti təşkilatçılığına görə tərifləyib
Danimarka Ukraynaya hərbi və enerji sahələrində 750 milyon dollara yaxın dəstək göndərəcək
Türkiyə yaşıl, rəqəmsal keçidi sürətləndirmək məqsədilə "Yaşıl Uzlaşma Fəaliyyət Planı"nı yeniləyib