DÜNYA
1 dəqiqə oxuma
İran Amerika əsgərlərinin girov götürüldüyünü iddia edib, ABŞ bunu inkar edib
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Amerika hərbçilərinin girov götürülməsi ilə bağlı bəyanatlarının "yalan" olduğunu açıqlayıb
İran Amerika əsgərlərinin girov götürüldüyünü iddia edib, ABŞ bunu inkar edib
Amerika əsgərləri / AP
 

İranın yüksək vəzifəli təhlükəsizlik rəsmisi Əli Laricani Amerika əsgərlərinin əsir götürüldüyünü iddia edərək, Vaşinqtonu hadisəni ört-basdır etməyə çalışmaqda günahlandırıb.

Martın 7-də "X" platformasında paylaşım edən Laricani deyib: "Mənə bir neçə Amerika əsgərinin girov götürüldüyü barədə məlumat verilib. Lakin amerikalılar onların döyüşdə öldürüldüyünü iddia edirlər. Bütün cəhdlərinə baxmayaraq, onlar həqiqəti uzun müddət gizlədə bilməyəcəklər.

ABŞ ordusu bu iddianı tez bir zamanda təkzib edərək, heç bir Amerika əsgərinin girov götürülmədiyini bəyan edib.

ABŞ Mərkəzi Komandanlığının sözçüsü "Al Jazeera"ya bildirib ki, İranın iddiaları həqiqəti əks etdirmir: "İran rejiminin Amerika əsgərlərinin girov götürülməsi ilə bağlı iddiaları rejimin yalan və aldatma siyasətinin növbəti nümunəsidir".

ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə hava hücumları başlatmasından sonra regional gərginlik kəskin şəkildə artdı. Hücumlar nəticəsində mindən çox insanın, o cümlədən Ali Rəhbər Əli Xameneinin, 150-dən çox məktəbli qızın və yüksək vəzifəli hərbi rəsmilərin həlak olduğu bildirilir.

Bu münaqişə regionda genişmiqyaslı qeyri-sabitliyə səbəb olub və Tehranı bölgədəki ABŞ hədəflərinə qarşı cavab hücumları etməyə sövq edib.

Araşdırma
Qəzza Səhiyyə Nazirliyi bölgədə infeksion xəstəliklərin yayılması ilə bağlı xəbərdarlıq edib
Ukrayna: Rusiyanın müxtəlif hücumlarında 14 mülki şəxs ölüb
Burhanettin Duran: "Mən hər uşağın ümidlə, əminliklə böyüdüyü bir dünya arzulayıram"
ABŞ-də genişmiqyaslı texnoloji fasilələrdən sonra kibertəhlükəsizlik rəhbəri vəzifəsindən çıxarıldı
Türkiyə Şengen viza proseslərinin yenidən nəzərdən keçirilməsini istəyib
İsrailin hücumları nəticəsində 6 mindən çox fələstinli evini tərk etmək məcburiyyətində qalıb
Donald Tramp Si və Putinlə görüşü tarixi qələbə adlandırıb
Rusiya:''Ukraynanın enerji obyektlərinə zərbələr endirdik''
Rusiya: Ukrayna Krım körpüsünə yenidən hücum edib
Rubio: "Ölkədə baş verən texniki nasazlıqların bir-biri ilə əlaqəsi yoxdur"
K.Ollonqren:''Rusiya-Ukrayna sülh müqaviləsinə mütləq təhlükəsizlik zəmanətləri daxil edilməlidir''
Aleksey Lixaçov:''Akkuyu AES-in birinci reaktoruna yaxın vaxtlarda nüvə yanacağı yüklənəcək''
ABŞ İranın Qeşm adasına zərbələr endirib
İran ABŞ-yə qarşı kimyəvi hücum planlarını təkzib etdi
Rusiyaya məxsus təyyarələrin Yaponiya hava məkanını pozması səbəbilə qırıcılar havalandı
İran Bəhreyndəki ABŞ radar obyektini hədəf aldığını iddia edib
Rusiya: Ukrayna Krım körpüsünə yenidən hücum edib
İsrailli köçkünlər Əriha yaxınlığında fələstinli qadını öldürüblər
ABŞ Prezidenti Donald Tramp bu gün Filippinə səfər edəcək
BMT: Suriyada yenidənqurma işlərinin xərci 216 milyard dollar olaraq təxmin edilir