İQTİSADİYYAT
2 dəqiqə oxuma
Neft qiymətləri artmaqda davam edir
Vaşinqtonun Tehran üzərindəki təzyiqi artırmaq planları səbəbindən xam neft qiymətləri ardıcıl yeddinci sessiyada da artım göstərib
Neft qiymətləri artmaqda davam edir
Arxiv: Neft tankeri / Reuters
 

Bu gün (29 aprel 2026) neft qiymətləri ABŞ-nin İran limanlarına qarşı blokadanın müddətini uzadacağına dair xəbərlərin yayılması ilə bir neçə gündür davam edən yüksəlişini sürətləndirib.

Bu vəziyyət Yaxın Şərqin mühüm neft istehsalı bölgəsindən gələn tədarük kəsintilərinin çox güman ki, daha uzun sürməsinə gətirib çıxaracaq.

"Wall Street Journal" qəzetinin aprelin 28-də gecə saatlarında ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp köməkçilərinə İrana qarşı tətbiq edilən blokadanın uzadılması üçün hazırlıq görülməsi barədə göstəriş verib.

Xəbərə əsasən, Tramp limanlara giriş-çıxışı əngəlləməklə İranın iqtisadiyyatını və neft ixracatını sıxışdırmağa davam edəcək.

İyun fyuçersli "Brent" neftinin qiyməti GMT vaxtı ilə saat 01:54-də bir barel üçün 52 sent və ya %0,47 artaraq 111,78 dollara çatıb və ardıcıl səkkizinci gün yüksəlişini qoruyub. İyun müqaviləsinin müddəti cümə axşamı başa çatır. İyun fyuçers müqaviləsi cümə axşamı günü başa çatır, daha aktiv ticarət edilən iyul müqaviləsi isə hazırda 0,4% artaraq 104,84 dollara çatıb.

İyun fyuçersli ABŞ "West Texas Intermediate" (WTI) neftinin qiyməti əvvəlki sessiyada %3,7 artdıqdan sonra, bir barel üçün 57 sent və ya %0,57 yüksələrək 100,50 dollara çatıb və son səkkiz günün yeddisini artımla başa vurub.

"Haitong Futures" fyuçers və broker şirkətinin analitiki Yanq An bildirib: "Neft qiymətlərindəki son artım boğaz blokadasından qaynaqlanır. Əgər Tramp blokadanı uzatmağa hazırdırsa, tədarük kəsintiləri daha da pisləşəcək və bu da neft qiymətlərini daha da yuxarı itələməyə davam edəcək".

28 fevralda başlayan ABŞ-İsrail-İran müharibəsində atəşkəs olmasına və tərəflər münaqişəyə rəsmi son qoymağa çalışarkən, İran qlobal neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən %20-nin daşındığı Hörmüz boğazında gəmi hərəkətini dayandırıb, ABŞ isə İran limanlarını blokadaya alıb. Bu vəziyyət münaqişəni çıxılmaz vəziyyətə salıb.

ABŞ İranın nüvə silahı proqramına son qoyulması üçün təzyiq göstərərkən, İran da son qarşıdurmalar səbəbindən müəyyən təzminat, iqtisadi sanksiyaların yumşaldılması və Hörmüz boğazı üzərində müəyyən nəzarət hüququ tələb edir.

Hörmüz boğazının bağlanması qlobal ehtiyatların azalmasına səbəb olmağa davam edir. Bazar mənbələri aprelin 28-də gecə saatlarında Amerika Neft İnstitutunun (API) ABŞ xam neft ehtiyatlarının ardıcıl ikinci həftə azaldığını bildirdiyini qeyd ediblər.

Mənbələr 24 apreldə başa çatan həftədə xam neft ehtiyatlarının 1,79 milyon barel azaldığını bildiriblər. Benzin ehtiyatları 8,47 milyon barel, distillə edilmiş yanacaq ehtiyatları isə 2,60 milyon barel azalıb.

Araşdırma
Avropa İttifaqı Şurası ilə Avropa Parlamenti İttifaqın 2027-ci il büdcəsi üzrə razılığa gəlib
“TRT World Forum 2026” tədbirində qlobal ticarət yolları müzakirə olunub
"Brent" markalı neftin barreli 103 dolları keçib
Aİ xarici ölkələrdən gələn bağlamalara əlavə rüsum tətbiq edəcək
Türkiyə maliyyə şəffaflığı qiymətləndirməsində yuxarı pillələrdə qərarlaşdı
Ö.Bolat Aİ ilə ticarət sahəsində inkişafın qeydə alındığını diqqətə çatdırıb
Türkiyənin 9 aylıq avtomobil ixracında 73 faiz artım olub
CNN: İstanbul hava limanı Londonu taxtından saldı
Türkiyə qonşularına 20,9 milyar dollarlıq ixracat reallaşdırdı
Prezident Ərdoğan: "İlin ilk 5 ayında ixracatda tarixi uğur əldə etdik"
"Türk Hava Yolları" 150-yə qədər "Boeing 737 MAX" təyyarəsi üçün sifariş sazişi imzalayıb
Türkiyənin Türk dövlətləri ilə ticarət dövriyyəsi 2026-cı ildə 10 milyard dolları ötüb
Türkiyə Suriya ilə ticarət əlaqələrini inkişaf etdirir
Türkiyənin günəş enerjisi istehsalı iyul ayında 5,37 milyard kilovatt-saatla yeni rekord həddə çatdı
Türkiyənin ixracı iyul ayında 25,6 milyard dollara çatıb
ABŞ Venesuela neft yataqlarını 100 illik icarəyə götürməyə hazırlaşır
Türkiyə və Suriya Dəməşqdə 10 milyard dollarlıq ticarət hədəfini müzakirə ediblər
Türkiyə Avropa İttifaqının beşinci ən böyük ticarət tərəfdaşıdır
ABŞ-nin İranla müharibəsi Çinin elektrikli yük maşını satışlarını artırır
Paşinyan Türkiyə və Azərbaycanla elektrik enerjisi ticarətinə hazır olduqlarını bildirib