İQTİSADİYYAT
1 dəqiqə oxuma
ABŞ Tayvanla 330 milyon dollarlıq potensial hərbi satış müqaviləsini təsdiqləyib
Potensial silah satışının elanı Tramp və Si ötən ay Cənubi Koreyada ticarət razılaşması əldə etmək üçün görüşdükdən sonra olub
ABŞ Tayvanla 330 milyon dollarlıq potensial hərbi satış müqaviləsini təsdiqləyib
ABŞ Tayvanla 330 milyon dollarlıq potensial hərbi satış müqaviləsini təsdiqləyib / Reuters
 

Pentaqon noyabrın 13-də ABŞ-ın Tayvana 330 milyon dollar dəyərində qırıcı təyyarə ehtiyat hissələri və təmir materiallarının mümkün satışını təsdiqlədiyini açıqlayıb. Bu, prezident Donald Trampın yanvar ayında vəzifəyə başlamasından bəri ilk belə potensial əməliyyatdır.

Pentaqon açıqlamasında bildirib ki, təklif olunan satış alıcının mövcud və gələcək təhdidlərə qarşı F-16, C-130 və digər təyyarə donanmasının əməliyyat hazırlığını qorumaq qabiliyyətini artıracaq.

Qeyd edək ki, Çin Tayvanı öz ərazisi hesab edir və adaya nəzarət etmək üçün güc tətbiq etməyi istisna etmir. Tayvan hökuməti isə Pekinin suverenlik iddialarına qəti şəkildə qarşı çıxır və gələcəyinə yalnız Tayvan xalqının qərar verəcəyini bildirir.

Tramp bildirib ki, Çin prezidenti Si Cinpin ona Respublikaçı liderin vəzifədə olduğu müddətdə Tayvanı işğal etməyəcəyini deyib. Potensial silah satışının elanı Tramp və Si Cinpin ötən ayın sonlarında Cənubi Koreyada ticarət razılaşması əldə etmək üçün görüşdükdən sonra baş verib.

Vaşinqton Pekinlə rəsmi diplomatik əlaqələr saxlasa da, Tayvanla qeyri-rəsmi münasibətlər saxlayır və adanın ən vacib silah təchizatçısıdır.

Araşdırma
Avropa İttifaqı Şurası ilə Avropa Parlamenti İttifaqın 2027-ci il büdcəsi üzrə razılığa gəlib
“TRT World Forum 2026” tədbirində qlobal ticarət yolları müzakirə olunub
"Brent" markalı neftin barreli 103 dolları keçib
Aİ xarici ölkələrdən gələn bağlamalara əlavə rüsum tətbiq edəcək
Türkiyə maliyyə şəffaflığı qiymətləndirməsində yuxarı pillələrdə qərarlaşdı
Ö.Bolat Aİ ilə ticarət sahəsində inkişafın qeydə alındığını diqqətə çatdırıb
Türkiyənin 9 aylıq avtomobil ixracında 73 faiz artım olub
CNN: İstanbul hava limanı Londonu taxtından saldı
Türkiyə qonşularına 20,9 milyar dollarlıq ixracat reallaşdırdı
Prezident Ərdoğan: "İlin ilk 5 ayında ixracatda tarixi uğur əldə etdik"
"Türk Hava Yolları" 150-yə qədər "Boeing 737 MAX" təyyarəsi üçün sifariş sazişi imzalayıb
Türkiyənin Türk dövlətləri ilə ticarət dövriyyəsi 2026-cı ildə 10 milyard dolları ötüb
Türkiyə Suriya ilə ticarət əlaqələrini inkişaf etdirir
Türkiyənin günəş enerjisi istehsalı iyul ayında 5,37 milyard kilovatt-saatla yeni rekord həddə çatdı
Türkiyənin ixracı iyul ayında 25,6 milyard dollara çatıb
ABŞ Venesuela neft yataqlarını 100 illik icarəyə götürməyə hazırlaşır
Türkiyə və Suriya Dəməşqdə 10 milyard dollarlıq ticarət hədəfini müzakirə ediblər
Türkiyə Avropa İttifaqının beşinci ən böyük ticarət tərəfdaşıdır
ABŞ-nin İranla müharibəsi Çinin elektrikli yük maşını satışlarını artırır
Paşinyan Türkiyə və Azərbaycanla elektrik enerjisi ticarətinə hazır olduqlarını bildirib