İQTİSADİYYAT
2 dəqiqə oxuma
Avropa İnkişaf Bankı Türkiyədə investisiyalar planlaşdırır, İstanbulu yeni regional mərkəz kimi görür
Avropa İnkişaf Bankı cari il Türkiyədə enerji, infrastruktur və digər sektorları əhatə edən 42 layihəyə 2,5 milyard dollardan çox sərmayə qoyub
Avropa İnkişaf Bankı Türkiyədə investisiyalar planlaşdırır, İstanbulu yeni regional mərkəz kimi görür
Avropa İnkişaf Bankı / AA
 

Bankın Birinci Vitse-prezidenti Qreq Qayet bildirib ki, Avropa İnkişaf Bankı cari il Türkiyədə enerji, infrastruktur və digər sektorları əhatə edən 42 layihəyə 2,5 milyard dollardan çox sərmayə qoyub.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyədəki iştirakını və investisiyalarını artıraraq ölkənin innovasiya iqtisadiyyatına, yaşıl transformasiyaya və Avropa ilə Asiya arasında strateji mövqeyinə sərmayə qoyur.

Rəsmi səfəri zamanı "Anadolu" agentliyinə məlumat verən Qreq Qayet bildirib ki, bank bu il enerji, infrastruktur, kiçik və orta sahibkarlıq (KOBİ), korporativ inkişaf və innovasiyanı əhatə edən 42 layihəyə təxminən 2,55 milyard dollar investisiya yatırıb.

“Düşünürəm ki, ilin sonuna qədər keçən ilki göstəriciyə çatmaq və ya onu keçmək üçün çox yaxşı imkanımız var”, - deyə Qayet bildirib və bankın Türkiyəyə investisiyalarının 2024-cü ildə rekord həddə - 3,01 milyard dollara çatdığını qeyd edib.

Qayet İstanbulun bankın regional mərkəzlərindən birinə çevriləcəyini vurğulayıb və deyib ki, bu, bankın qlobal əməliyyatlarındakı artan rolunu əks etdirir. İstanbulda heyətimizi əhəmiyyətli dərəcədə artıracağıq. Bu qədər istedadlı insanı görmək çox sevindiricidir.

O, həmçinin əlavə edib ki, Türkiyənin coğrafi və geosiyasi mövqeyi onu məlumat və ticarət üçün əhəmiyyətli bir mərkəzə çevirir.

Qret Qayet bildirib ki, geosiyasi inkişaflar nəticəsində məlumatların paylanması və lokallaşdırılması artsa da, Türkiyə bu sahədə mərkəz olmağa davam edəcək.

Avropa Yenidənqurma və İnkişaf Bankı həmçinin Türkiyənin zəlzələdən sonra bərpa proqramına dəstəyini artıraraq, bərpa və zəlzələdən zərər çəkmiş insanlara dəstək üçün 1,83 milyard dollar ayırıb.

“Ən çox qürur duyduğum şeylər bölgədəki məcburi köçkünlərə necə dəstək verdiyimizdir — mənzil, sığınacaq və KOB təşəbbüslərimiz vasitəsilə iş yerlərinin yaradılması”, - deyə Qayet bildirib.

O, zəlzələdən zərər çəkmiş ərazilərə, xüsusən də mənzil və iş yerlərinin yaradılması sahələrinə əlavə investisiyaların planlaşdırıldığını və bəzi sahələrin xüsusi diqqət tələb etdiyini qeyd edib.

Qayet qlobal iqtisadi qeyri-müəyyənliyə baxmayaraq, AYİB-in Türkiyənin uzunmüddətli potensialına nikbin yanaşdığını və ölkənin gənc, böyüyən və yaxşı təhsilli əhalisini əsas üstünlük kimi qeyd etdiyini bildirib.

O, Türkiyənin hazırkı iqtisadi siyasətinin inflyasiyanın qarşısını almağa kömək edəcəyinə əminliyini ifadə edərək deyib: “Biz davam edən siyasətlərin inflyasiyanın azaldılmasına kömək edəcəyinə ümid edirik və inanırıq”.

Araşdırma
Avropa İttifaqı Şurası ilə Avropa Parlamenti İttifaqın 2027-ci il büdcəsi üzrə razılığa gəlib
“TRT World Forum 2026” tədbirində qlobal ticarət yolları müzakirə olunub
"Brent" markalı neftin barreli 103 dolları keçib
Aİ xarici ölkələrdən gələn bağlamalara əlavə rüsum tətbiq edəcək
Türkiyə maliyyə şəffaflığı qiymətləndirməsində yuxarı pillələrdə qərarlaşdı
Ö.Bolat Aİ ilə ticarət sahəsində inkişafın qeydə alındığını diqqətə çatdırıb
Türkiyənin 9 aylıq avtomobil ixracında 73 faiz artım olub
CNN: İstanbul hava limanı Londonu taxtından saldı
Türkiyə qonşularına 20,9 milyar dollarlıq ixracat reallaşdırdı
Prezident Ərdoğan: "İlin ilk 5 ayında ixracatda tarixi uğur əldə etdik"
"Türk Hava Yolları" 150-yə qədər "Boeing 737 MAX" təyyarəsi üçün sifariş sazişi imzalayıb
Türkiyənin Türk dövlətləri ilə ticarət dövriyyəsi 2026-cı ildə 10 milyard dolları ötüb
Türkiyə Suriya ilə ticarət əlaqələrini inkişaf etdirir
Türkiyənin günəş enerjisi istehsalı iyul ayında 5,37 milyard kilovatt-saatla yeni rekord həddə çatdı
Türkiyənin ixracı iyul ayında 25,6 milyard dollara çatıb
ABŞ Venesuela neft yataqlarını 100 illik icarəyə götürməyə hazırlaşır
Türkiyə və Suriya Dəməşqdə 10 milyard dollarlıq ticarət hədəfini müzakirə ediblər
Türkiyə Avropa İttifaqının beşinci ən böyük ticarət tərəfdaşıdır
ABŞ-nin İranla müharibəsi Çinin elektrikli yük maşını satışlarını artırır
Paşinyan Türkiyə və Azərbaycanla elektrik enerjisi ticarətinə hazır olduqlarını bildirib