DÜNYA
1 dəqiqə oxuma
V.Putin nüvə enerjisi ilə işləyən yeni sualtı qayığın təqdimat mərasimində iştirak edib
V.Putin 2030-cu ilə qədər ölkə donanmasına daha beş sualtı qayığın daxil ediləcəyini bildirib
V.Putin nüvə enerjisi ilə işləyən yeni sualtı qayığın təqdimat mərasimində iştirak edib
Rusiya Prezidenti Vladimir Putin Rusiya Hərbi Dəniz Qüvvələrinin "Perm" atom sualtı qayığında bayraq qaldırma mərasimində iştirak edir. / AP
 

Rusiya Prezidenti Vladimer Putin noyabrın 27-də ölkənin şimal-qərbində yerləşən Severodvinsk şəhərindəki "Sevmaş" gəmiqayırma zavodunda "Perm" adlı sualtı qayıqda keçirilən bayraq qaldırma mərasimində iştirak edib. Tədbirdə V.Putin nüvə enerjisi ilə işləyən yeni sualtı qayığı təqdim edib. Bununla da sualtı qayığın rəsmi olaraq donanmaya təhvil verilməsini təmin olunub. Ölkə başçısı V.Putin Rusiyanın 2030-cu ilə qədər ölkə donanmasına daha beş sualtı qayıq əlavə edəcəyini bildirib.

Prezident V.Putin verdiyi açıqlamada deyib: "Rusiya bu cür güclü nüvə sualtı qayıqları, yəni uzaq mənzilli və böyük əhəmiyyətə malik silahlar inşa edə bilən dünyadakı azsaylı ölkələrdən biridir”.

Qeyd edək ki, nüvə enerjisi ilə işləyən sualtı qayıqlar Rusiya donanmasının arsenalının bir hissəsini təşkil edir və uzun müddət su altında qala bilir. "Perm"in də daxil olduğu "Yasen-M" sinfinə məxsus sualtı qayıqlar müxtəlif qanadlı raketlər daşıya bilir.

V.Putin sualtı qayıqların müxtəlif qanadlı raketlər daşıyaraq "dünya okeanlarının hər yerində" xidmət apara biləcəyini də sözlərinə əlavə edib. O, həmçinin donanmanın inkişafına dəstək olmaq məqsədilə müəssisələrə və digər sektorlara əməkdaşlıq çağırışı edib.

MƏNBƏ:TRT