İQTİSADİYYAT
1 dəqiqə oxuma
Tramp 2027-ci il üçün 1,5 trilyon dollarlıq müdafiə büdcəsi təklif edib
Bu plan 2026-cı ildəki 901 milyard dollarlıq hərbi büdcədən kəskin artım deməkdir
Tramp 2027-ci il üçün 1,5 trilyon dollarlıq müdafiə büdcəsi təklif edib
Tramp ABŞ hərbi xərclərinin kəskin artırılmasına çağırır, bunun ölkəni "təhlükəsiz və etibarlı" edəcəyini deyir. / AP
 

ABŞ prezidenti Tramp "çətin və təhlükəli dövrlər" adlandırdığı dövrə vəziyyətə isnad edərək, ABŞ-ın müdafiə xərclərini 2027-ci ilə qədər 1,5 trilyon dollara çatdırmağı təklif edib.

Bu plan 2026-cı ildəki 901 milyard dollarlıq hərbi büdcədən kəskin artım deməkdir.

Trampın açıqlaması ABŞ ordusuna Venesuela prezidenti Nikolas Maduronu qaçırmaq və narkotik qaçaqmalçılığı ittihamı ilə ABŞ-a gətirmək üçün əməliyyat keçirməyi əmr etməsindən bir neçə gün sonra verilib.

Əməliyyatdan sonra ABŞ qüvvələri Karib dənizində hərbi qüvvələrini artırmağa davam edib.

Son günlərdə Tramp həmçinin milli təhlükəsizlik səbəblərini irəli sürərək Danimarka ərazisi Qrenlandiyanın nəzarətini ələ keçirməyi təklif edib və Kolumbiyada hərbi əməliyyatlar aparmağa açıq olduğunu bildirib.

Digər tərəfdən, ABŞ Dövlət Katibi Marko Rubio ABŞ-ın uzun müddətdir düşməni olan Kubanın başının dərddə olduğu barədə xəbərdarlıq edib.

"Truth Social"da paylaşım edən Tramp bildirib ki, bu büdcə artımı ABŞ-a hərbi imkanlarını genişləndirməyə imkan verəcək.

Tramp yazıb: "Bu, bizə uzun müddət layiq olduğumuz "Xəyallarımızın Ordusu"nu qurmağa və daha da əhəmiyyətlisi, düşməndən asılı olmayaraq bizi TƏHLÜKƏSİZ saxlamağa imkan verəcək".

Tramp prezidentliyə qayıtmasından bəri həm müttəfiqlərə, həm də rəqiblərə tətbiq edilən tariflərdən hökumət gəlirlərinin artması səbəbindən müdafiə xərclərini kəskin şəkildə artırmaq qabiliyyətinə əmin olduğunu bildirib.

Müdafiə xərclərinə uzunmüddətli dəyişiklikləri təsdiqləməli olan Konqres hələlik şərh verməyib.

Araşdırma
Avropa İttifaqı Şurası ilə Avropa Parlamenti İttifaqın 2027-ci il büdcəsi üzrə razılığa gəlib
“TRT World Forum 2026” tədbirində qlobal ticarət yolları müzakirə olunub
"Brent" markalı neftin barreli 103 dolları keçib
Aİ xarici ölkələrdən gələn bağlamalara əlavə rüsum tətbiq edəcək
Türkiyə maliyyə şəffaflığı qiymətləndirməsində yuxarı pillələrdə qərarlaşdı
Ö.Bolat Aİ ilə ticarət sahəsində inkişafın qeydə alındığını diqqətə çatdırıb
Türkiyənin 9 aylıq avtomobil ixracında 73 faiz artım olub
CNN: İstanbul hava limanı Londonu taxtından saldı
Türkiyə qonşularına 20,9 milyar dollarlıq ixracat reallaşdırdı
Prezident Ərdoğan: "İlin ilk 5 ayında ixracatda tarixi uğur əldə etdik"
"Türk Hava Yolları" 150-yə qədər "Boeing 737 MAX" təyyarəsi üçün sifariş sazişi imzalayıb
Türkiyənin Türk dövlətləri ilə ticarət dövriyyəsi 2026-cı ildə 10 milyard dolları ötüb
Türkiyə Suriya ilə ticarət əlaqələrini inkişaf etdirir
Türkiyənin günəş enerjisi istehsalı iyul ayında 5,37 milyard kilovatt-saatla yeni rekord həddə çatdı
Türkiyənin ixracı iyul ayında 25,6 milyard dollara çatıb
ABŞ Venesuela neft yataqlarını 100 illik icarəyə götürməyə hazırlaşır
Türkiyə və Suriya Dəməşqdə 10 milyard dollarlıq ticarət hədəfini müzakirə ediblər
Türkiyə Avropa İttifaqının beşinci ən böyük ticarət tərəfdaşıdır
ABŞ-nin İranla müharibəsi Çinin elektrikli yük maşını satışlarını artırır
Paşinyan Türkiyə və Azərbaycanla elektrik enerjisi ticarətinə hazır olduqlarını bildirib