TÜRKİYƏ
2 dəqiqə oxuma
Prezident R.T.Ərdoğan Yunanıstan Prezidenti K.Tasulas ilə bir araya gəldi
Tərəflərarası görüş Dolmabahçe ofisində baş tutub
Prezident R.T.Ərdoğan Yunanıstan Prezidenti K.Tasulas ilə bir araya gəldi
Prezident R.T.Ərdoğan Yunanıstan Prezidenti K.Tasulas ilə bir araya gəldi / Anadolu Agency (Wire)
 

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 28-də Prezident Administrasiyasının Dolmabahçe ofisində Yunanıstan Prezidenti Konstantinos Tasulas ilə bir araya gəlib.

Prezident R.T.Ərdoğan Yunanıstan Prezidenti K.Tasulası Prezident Administrasiyasının Dolmabahçe ofisində rəsmi mərasimlə qarşılayıb.

Ofisin girişində əl sıxışan ölkə başçısı R.T.Ərdoğan və K.Tasulas daha sonra mətbuata qapalı təkbətək görüş keçiriblər.

Təxminən 35 dəqiqə davam edən görüşdə xarici işlər naziri Hakan Fidan, Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanettin Duran, Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak ediblər.

Yunanıstan Prezidenti K.Tasulas və onu müşayiət edən şəxslər görüşdən sonra Prezident Administrasiyasının Dolmabahçe ofisindən ayrılıblar.

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi Prezident R.T.Ərdoğan və K.Tasulasın görüşü ilə bağlı məlumat yayıb.

Görüşdə Türkiyə–Yunanıstan ikitərəfli münasibətləri müzakirə olunub.

Prezident R.T.Ərdoğan Türkiyə ilə Yunanıstan arasındakı münasibətlərin hər sahədə ciddi potensiala malik olduğunu və müsbət gündəliyi irəli aparmaq üçün səy göstərdiklərini bildirib.

Dövlət başçısı ortaq mirasımız olan azlıqlar məsələsinə ilk növbədə insani həssaslıqla yanaşmağın mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, Türkiyənin bu məsələdəki müsbət yanaşmalarının Yunanıstanda da qarşılığını görməyi arzuladıqlarını və bu mövqenin münasibətlərin müsbət gedişinə töhfə verəcəyini qeyd edib.

Prezident R.T.Ərdoğan Türkiyə olaraq Egey dənizini sülh dənizinə çevirmək məsələsində tərəddüdlərinin olmadığını, Egey və Şərqi Aralıq dənizlərinin sabitlik və rifah hövzəsi olmalı olduğunu ifadə edib.

MƏNBƏ:TRT