Qarsın Sarıqamış rayonundakı Karakurt Su Elektrik Stansiyasının (SES) su anbarında suyun səviyyəsinin enməsi ilə əvvəllər su altında qalan Karakurt kəndi yenidən ortaya çıxıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Qeyd edək ki, rayondan 28 kilometr məsafədə yerləşən və Dövlət Su İşləri (DSİ) tərəfindən inşa edilən Karakurt SES su anbarı 2020-ci il fevralın 8-də su ilə dolmağa başlamışdı. Bundan sonra kənd tamamilə su altında qalmışdı.
Son günlər suyun səviyyəsinin azalması və bəndin qapılarının qismən açılması ilə sular çəkilib. Nəticədə kənddəki evlər, məscid, kilsə və bəzi tarixi binalar yenidən üzə çıxıb.
Qars–Erzurum avtomobil yolu üzərində yerləşən kənddə görünməyə başlayan tikililər dronla lentə alınıb.
MƏNBƏ:TRT













