Son 24 saat ərzində dünyada 5 baldan güclü üç zəlzələ baş verib. Bu zəlzələlər Cənubi Amerika, Mərkəzi Amerika və Cənubi Asiya bölgələrində qeydə alınıb.
Almaniyanın Yer Elmləri üzrə Araşdırma Mərkəzinin (GFZ) məlumatına görə, oktyabrın 22-də Argentinanın La-Rioxa əyalətində 5,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların ocağı 122 kilometr dərinlikdə yerləşib.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) verdiyi məlumata əsasən, çərşənbə axşamı Kosta Rikada 6,0 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 31 kilometr dərinlikdə olub.
Həmin gün Əfqanıstanın Hindukuş bölgəsində də 5,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların ocağı 244 kilometr dərinlikdə yerləşib. Zəlzələ paytaxt Kabildə də güclü hiss olunub.











