Liviya Parlamenti Yunanıstanın Türkiyə ilə Liviya arasındakı razılaşmaya dair çağırışını pislədi

Liviya parlamenti Tripoli və Ankara arasında 2019-cu ildə bağlanan dəniz sərhədlərinə dair sazişin ləğv edilməsi çağırışlarını pisləyərək bunu "milli suverenliyin açıq-aydın pozuntusu" adlandırıb

By
Liviya Parlamenti Yunanıstanın Türkiyə ilə Liviya arasındakı razılaşmaya dair çağırışını pislədi / AA Archive

Liviya parlamenti Tripoli və Ankara arasında 2019-cu ildə bağlanan dəniz sərhədlərinə dair sazişin ləğv edilməsi çağırışlarını pisləyərək bunu "milli suverenliyin açıq-aydın pozuntusu" adlandırıb.

Afinada Liviya Parlamentinin sədri Akile Salih ilə görüşən Yunanıstan Parlamentinin sədri Nikitas Kaklamanis 2019-cu ildə Türkiyə ilə Liviya arasında dəniz sərhədlərinin müəyyən edilməsinə dair razılaşmanın ləğv edilməsinin əhəmiyyətini vurğulayıb.

Liviya parlamentinin sədr müavini Misbah Uhida deyib: "Yunan rəsmilərinin səsləndirdikləri bəyanatları heyrət və təəssüf hissi ilə izləmişik. Bu bəyanatlar Liviyanın daxili işlərinə müdaxilə xarakteri daşıyır. Heç bir ölkənin Liviyanı bu razılaşmaları ləğv etməyə məcbur etmək hüququ yoxdur. Yunan parlamentinin sədri tərəfindən səsləndirilən bəyanatlar milli suverenliyin açıq-aydın pozuntusudur’’.

Uhida həmçinin vurğulayıb ki, yaxşı qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərə hörmət edilməlidir. Liviya suveren dövlətdir və öz maraqlarını necə qoruyacağını özü bilir. Biz Liviyanın suveren qərarlarına hər hansı müdaxiləni rədd edirik.

Qeyd edək ki, sözügedən razılaşma Liviya ilə Türkiyə arasındakı dəniz sərhədlərini müəyyən edir. Yunanıstan isə bu razılaşmanın onun iqtisadi zonasına "hücum" təşkil etdiyini iddia edir.