DÜNYA
2 dəqiqə oxuma
Belçika İsrailə sanksiya tətbiq edəcəyini açıqladı
Belçika Qəzzada törədilən soyqırıma görə İsrailə qarşı genişmiqyaslı tədbirlər planını açıqlayıb
Belçika İsrailə sanksiya tətbiq edəcəyini açıqladı
/ AP

Belçika Qəzzada törədilən soyqırıma görə İsrailə qarşı genişmiqyaslı tədbirlər planını açıqlayıb. Bu tədbirlər sanksiyalar, silah embarqosunun genişləndirilməsi və işğal olunmuş ərazilərdə qeyri-qanuni İsrail yaşayış məntəqələrində istehsal olunan məhsulların idxalına qadağanı əhatə edir.

Federal hökumətin Nazirlər Kabinetinin məhdud iclasında qəbul edilən qərar rəsmi şəxslərin “Fələstində baş verən humanitar faciə” kimi qiymətləndirdiyi hadisələrin qarşısını almaq və İsrailə qarşı təzyiqləri artırmaq məqsədi daşıyır.

İsrailin ifrat sağçı nazirləri İtamar Ben-Qvir və Bezalel Smotriç, eləcə də “Həmas”ın siyasi və hərbi rəhbərliyi Belçikada “persona non grata” elan ediləcək və onların adları Şengen İnformasiya Sisteminə (SIS) daxil ediləcək.

Belçika hakimiyyəti işğal olunmuş ərazilərdə yaşayan İsrail vətəndaşlarına konsulluq xidmətlərini məhdudlaşdıracaq və onlara uzunmüddətli D tipli vizaların verilməsinin qarşısını almaq üçün əlavə tədbirlər araşdırır.

Belçika Federal Prokurorluğuna İsraildə və ya işğal olunmuş Fələstin ərazilərində beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasında iştirak edən Belçika vətəndaşlarını mühakimə etməsi ilə əlaqədar göstəriş veriləcək.

Hökumət mövcud silah ixracı və tranzit qadağasını bütün hərbi məhsullar və ikili təyinatlı materialları da əhatə edəcək şəkildə genişləndirmək qərarına gəlib.

Kral fərmanı ilə həmçinin İsrail tərəfindən qeyri-qanuni işğal olunmuş ərazilərdə istehsal olunan məhsulların idxalı qadağan ediləcək. Bu addım İrlandiya və Sloveniyanın əvvəlki qərarlarına bənzəyir.

Belçika hökuməti həmçinin, davam edən müharibə şəraitində İsrailin hərbi uçuşlar üçün icazə tələblərini rədd edəcəyini və İsrail müdafiə texnikasına olan etibarını azaldacağını bildirib.

Fələstinin tanınması məsələsi

Belçika hökuməti iki dövlətli həlli dəstəklədiyini bir daha təsdiqləyib və Fransa ilə Səudiyyə Ərəbistanının da iştirak etdiyi Nyu York Bəyannaməsinə qoşulacağını bəyan edib. Bu addım Fələstin dövlətinin tanınması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Hökumət bildirir ki, bölgədə sabitliyin bərpası bütün girovların azad olunması və “Həmas” kimi hərəkatların Fələstin rəhbərliyindən uzaqlaşdırılması ilə mümkün olacaq.

Belçika BMT-nin qarşıdakı Baş Assambleyasında Fələstini dövlət kimi tanıyan Fransa, Böyük Britaniya, Kanada və Avstraliya kimi ölkələrin yolunu izləyəcək.

Araşdırma
ABŞ İranın cənubuna ağır zərbələr endirib
İran regionda "düşmən bazalarını" hədəf alan genişmiqyaslı raket və PUA hücumları həyata keçirib
Ukrayna Rusiyanın "kölgə donanması"na aid 14 gəmiyə zərbə endirib
İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazının bağlandığını elan edib
ABŞ ordusu İranın cənubuna ağır zərbələr endirdiyini açıqlayıb
Ukraynaya məxsus PUA-lar Rusiyanın neft emalı zavodlarına zərbələr endirib
İspaniyada güclü meşə yanğınları nəticəsində 12 nəfər həyatını itirib
K.Mitsotakis Prezident R.T.Ərdoğanla konstruktiv əməkdaşlığı davam etdirəcəyini bildirib
Donald Tramp NATO sammitində mühüm məsələlərin həll olunduğunu açıqlayıb
D. Tramp: "Böyük ehtimalla bu gecə İrana çox sərt zərbələr endirəcəyik"
İsrailin son 24 saat ərzində Qəzzaya endirdiyi zərbələr nəticəsində 8 fələstinli həyatını itirib
ABŞ İrana ağır zərbələr endirib
Mark Rutte Türkiyənin müdafiə sənayesi sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndirib
Yohann Vadeful: "NATO müttəfiqləri Ukraynaya 140 milyard avro yardım ayırmaq niyyətindədir"
Həmas:''İsrail Qəzzada "inzibati boşluq" yaratmaq istəyir''
İsrail atəşkəsi pozmağa davam edir
Putin və Tramp Ankaradakı NATO sammiti əvvəlində Ukraynanı müzakirə ediblər
İranda Xameneinin dəfn mərasiminin ikinci günündə dualar oxunub
Volodimir Zelenski və Donald Tramp arasında telefon danışığı olub
Ukrayna Konstantinovkanın Rusiya tərəfindən işğal edilməsi iddialarını təkzib edib