TÜRK DÜNYASI
3 dəqiqə oxuma
Türk dünyasının ləzzətləri Ankarada nümayiş olunacaq
Türkiyə ilə yanaşı, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tatarıstan, Krım tatar və uyğur mətbəxlərinin ənənəvi təamları Türk Dünyası Qastronomiya Zirvəsində
Türk dünyasının ləzzətləri Ankarada nümayiş olunacaq
Türk dünyasının ləzzətləri Ankarada nümayiş olunacaq / TRT Azerbaycan

Türkiyə ilə yanaşı, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tatarıstan, Krım tatar və uyğur mətbəxlərinin ənənəvi təamları Türk Dünyası Qastronomiya Zirvəsində üç gün ərzində ziyarətçilərə təqdim olunacaq.

Ziyarətçilər “Öz mantını hazırla”, “Ədviyyatları tanı” və “Türk dünyasının çay mədəniyyəti” adlı ustad dərslərində müxtəlif mətbəx mədəniyyətləri ilə yaxından tanış olmaq imkanı əldə edəcək, həmçinin “Ən yaxşı plov”, “Ən sürətli mantı bükmə” və “Çibörək ustası” kimi müsabiqələr keçiriləcək.

Ankaranın 2026-cı il Türk Dünyasının Turizm Paytaxtı” elan olunması münasibətilə keçiriləcək Türk Dünyası Qastronomiya Zirvəsində Türkiyə ilə yanaşı, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tatarıstan, Krım tatar və uyğur mətbəxlərinin ənənəvi təamları ziyarətçilərə təqdim olunacaq.

Beynəlxalq Turizm və Səyahət Sərgisi ("TravelExpo Ankara") çərçivəsində sabah “ATO Congresium”da Türk Dünyası Qastronomiya Zirvəsi də təşkil ediləcək.

Sabah başlayıb noyabrın 21-də başa çatacaq tədbirlərdə Türkiyə ilə yanaşı, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tatarıstan, Krım tatar və uyğur mətbəxlərinin ənənəvi ləzzətləri tanıdılacaq.

Tədbir vasitəsilə türk dünyasının ənənəvi yemək reseptlərinin qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi və ölkələr arasında qastronomiya turizmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi hədəflənir.

Xüsusi ərzaqlar gətirilib

Ziyarətçilər ənənəvi yeməklərin hazırlanma prosesini canlı izləyə, aşpazların praktiki nümayişlərində iştirak edə biləcəklər.

Zirvə çərçivəsində hər gün fərqli yemək və içkilər hazırlanaraq qonaqlara təqdim olunacaq. Üç gün ərzində hazırlanacaq 20 müxtəlif yemək və içki ziyarətçilərə dadızdırılacaq.

Tədbirin ilk günü “Ortaq miras, ortaq süfrə” mövzusu ilə keçiriləcək. Zirvədə sabah Türkiyədən mərci şorbası, Özbəkistandan özbək plovu, Krım tatar mətbəxindən çibörək, Azərbaycandan şəkərbura və reyhan şərbəti təqdim ediləcək. Aşpaz nümayişlərində isə Azərbaycanın gürzə yeməyi ilə Tatarıstanın çak-çak şirniyyatı hazırlanacaq.

Zirvənin ikinci günü “İpək yolunun ləzzətləri” mövzusu çərçivəsində Özbəkistandan maşxurda şorbası və samsa, Türkmənistandan türkmən plovu, Tatarıstandan çak-çak və Türkiyədən ayran təqdim olunacaq. Qazaxıstanın beşbarmaq və Qırğızıstanın oromo yeməkləri də praktiki nümayişlərlə tanıdılacaq.

Sonuncu gün isə “Ənənədən gələcəyə türk dünyası mətbəxi” mövzusuna həsr ediləcək. Türkmənistandan unaş şorbası, Azərbaycandan şah plovu və göy qutabı, Türkiyədən un halvası və dəmirhindi şərbəti qonaqlara təklif olunacaq. Aşpaz nümayişlərində uyğur lağmanı və Tatarıstanın eçpoçmak yeməyi sərgilənəcək.

Bu məqsədlə Türkiyədə asanlıqla tapılmayan və reseptlərin özünəməxsus xüsusiyyətlərini formalaşdıran bəzi xüsusi ərzaqlar birbaşa aid olduqları ölkələrdən gətirilib.

Ustad dərsləri, müsabiqə və söhbətlər keçiriləcək

Zirvə çərçivəsində 6 aşpaz vorkşopu, 6 iştirakçı ustad dərsi, 9 söhbət və 9 müsabiqə təşkil olunacaq.

Ziyarətçilər “Öz mantını hazırla”, “Ədviyyatları tanı” və “Türk dünyasının çay mədəniyyəti” adlı ustad dərslərində müxtəlif mətbəx mədəniyyətləri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Aşpazlar və qastronomiya tələbələrinin iştirakı ilə “Ən yaxşı plov”, “Ən sürətli mantı bükmə” və “Çibörək ustası” kimi müsabiqələr keçiriləcək. Müsabiqələrdən sonra mükafatlandırma mərasimi baş tutacaq.

Qastronomiya tarixçiləri, akademiklər və mədəniyyət tədqiqatçılarının qatılacağı söhbətlərdə İpək yolunun yemək mədəniyyətinə təsirləri, coğrafi göstəricilər və qastronomiya diplomatiyası mövzuları müzakirə ediləcək.

Tədbirlər boyunca canlı saz, tar, dombra və qopuz ifaları ilə türk dünyasının musiqi mədəniyyəti də ziyarətçilərə təqdim olunacaq.