SİYASƏT
2 dəqiqə oxuma
Pakistan-Əfqanıstan sərhədində atışma baş verib, həlak olanlar var
Rəsmi məlumatlara görə, insident nəticəsində təxminən beş nəfər həlak olub
Pakistan-Əfqanıstan sərhədində atışma baş verib, həlak olanlar var
Pakistan-Əfqanıstan sərhədində atışma baş verib, həlak olanlar var / AP

Dekabrın 5-də gecə saatlarında Pakistan və Əfqanıstan rəsmiləri sərhəd xəttində ağır silahlı toqquşma baş verdiyini bildirib. Hadisə nəticəsində beş nəfərin həlak olduğu açıqlanıb.

“Taliban” hökumətinin sözçüsü Zabihullah Mücahid Pakistan qüvvələrinin Kandahar vilayətinin Spin Boldak bölgəsinə hücumlar təşkil etdiyini bildirib. Onun müavini Hamdullah Fitri “Reuters” agentliyinə açıqlamasında qeyd edib ki, Pakistan tərəfindən həyata keçirilən bombardman nəticəsində biri “Taliban” üzvü olmaqla beş nəfər ölüb.

Pakistan Baş nazirinin nümayəndəsi isə Əfqanıstan qüvvələri tərəfindən Çaman sərhədində əsassız yerə atəş açıldığını qeyd edib. Pakistan hökumətinin sözçüsü Müşərrəf Zeydi bəyanatında bildirib:

“Pakistan tam hazırlıqlıdır və ölkənin ərazi bütövlüyü ilə vətəndaşların təhlükəsizliyini qorumaqda qərarlıdır”.

 

Nəticəsiz görüşlər

Qeyd edək ki, bu silahlı insident Cənubi Asiyada yerləşən iki qonşu arasında yeni raund sülh danışıqlarının irəliləyiş olmadan başa çatmasından təxminən bir həftə sonra baş verib. Baş verən hadisədən sonra tərəflər həssas atəşkəsin qorunması barədə razılıq əldə ediblər.

Ötən həftə sonu Səudiyyə Ərəbistanında keçirilən danışıqlar, oktyabrda ölümcül sərhəd toqquşmalarından sonra gərginliyi azaltmaq məqsədilə Qətər, Türkiyə və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə təşkil edilən bir sıra görüşlərin sonuncusu olub.

Rəsmi İslamabad bildirir ki, mübahisənin mərkəzində son vaxtlar Pakistanda Əfqanıstan vətəndaşlarının da iştirak etdiyi intihar hücumları daxil olmaqla “Təhriki-Taliban Pakistan” (TTP) terror qruplaşmasının həyata keçirdiyi silsilə hücumlar dayanır. Kabil rəhbərliyi isə bu iddiaları rədd edir və Pakistanın öz sərhədləri daxilində təhlükəsizliyə cavabdeh olduğunu vurğulayır.

Xatırladaq ki, oktyabr ayında tərəflər arasında baş verən toqquşmalarda onlarla insan həlak olmuşdu. Bu hadisə “Talibanın” 2021-ci ildə Əfqanıstanda hakimiyyətə qayıtmasından bəri sərhəddə qeydə alınan ən ağır qarşıdurma kimi qiymətləndirilir.

MƏNBƏ:TRT
Araşdırma
Çin dövlət başçısı Si Cinpin Misirə işgüzar səfər edib
Si Cinpin, V.Putin və N.Modi ŞƏT sammiti üçün Qırğızıstana səfər edəcəklər
M.B.Qalibaf:"Bizim neft sata bilmədiyimiz bir regionda heç kim neft sata bilməyəcək"
Mariya Zaxarova:"Böyük Britaniya və Fransa odla oynayır"
Donald Tramp İranla bağlı paylaşım edib
D. Peskov:"Rusiya öz məqsədlərinə dinc yolla nail olmağa üstünlük verir''
Təzyiqlərə baxmayaraq, Netanyahu qanunsuz məskunlaşmanı genişləndirəcək
İran Prezidenti: "Əsas prinsipimiz problemleri dialoqla həll etməkdir"
Netanyahu İranla diplomatik razılaşma əldə etməyin mümkün olmadığını iddia edib
Tramp administrasiyası miqrant viza müraciətlərini dayandırıb
Ermənistan parlamenti Bakı və Ankara ilə normallaşmanı nəzərdə tutan 5 illik proqramı təsdiqlədi
Rusiya NATO qoşunlarının Ukraynada yerləşdirilməsi məsələsinə etiraz edir
Səudiyyə Ərəbistanı və Fransa Fələstin dövlətinin qurulmasını dəstəklədiklərini bildirdi
N.Paşinyan Ermənistan dəmir yollarının idarəsini Rusiyanın əlindən almaq istəyir
Prezident V.Zelenski müharibə şəraitində seçkilərin keçirilməsinə etiraz edir
Fələstində parlament və prezident seçkiləri keçiriləcək
İsrail ordu rəsmiləri B.Netanyahunun davam edən müharibələrin başa çatmasını istəmədiyini bildirib
Suriya XİN rəhbəri Ə.H.Şeybani Türkiyəni Suriyanın yenidən qurulmasında əsas tərəfdaş adlandırıb
İran Baş Qərargah rəisi: "Düşmənin təhdidlərinə sərt cavab verəcəyik''
Ermənistanın yeni 5 illik proqramına Bakı və Ankara ilə normallaşma daxil edilib