DÜNYA
2 dəqiqə oxuma
ABŞ İsrailə əlavə hərbçi və qırıcıların yerləşdirilməsinə hazırlaşır
CENTCOM hazırda hava hücumundan müdafiə sistemlərini idarə edən təxminən 3 000 nəfərlik şəxsi heyətin olduğu İsrailə əlavə qoşun bölmələri göndərməyə hazırlaşır
ABŞ İsrailə əlavə hərbçi və qırıcıların yerləşdirilməsinə hazırlaşır
Mediada yayılan məlumatlara görə, Vaşinqton əlavə qüvvələr və təyyarələrlə İsraildəki hərbi mövcudluğunu gücləndirir. (Foto: ARXIV) / Reuters

İsrail mediasının yaydığı məlumata görə, ABŞ yaxın həftələrdə İsrailə əlavə hərbçi və hərbi təyyarələr yerləşdirməyə hazırlaşır.

İsrailin "Walla" xəbər saytının təhlükəsizlik mənbələrinə istinadən verdiyi xəbərə görə, hazırda İsrail miqyasında təxminən 3 000 ABŞ hərbçisi vəzifəsini icra edir.

Son həftələrdə növbəti hərbi hissələrin rotasiyası həyata keçirilsə də, müdafiə rəsmiləri mövcud imkanları gücləndirmək məqsədilə qısa müddət ərzində bölgəye yeni şəxsi heyətin və qırıcı təyyarələrin gələcəyini təsdiqləyiblər.

İsrailin yüksək rütbəli təhlükəsizlik rəsmisi "Walla" saytına verdiyi açıqlamada regional düşmənlərin İsrail və ABŞ-dəki seçkiləri yaxından izlədiyini, irimiqyaslı bir müharibəyə səbəb olmadan regional balansı pozmağın yollarını axtardığını bildirib.

CENTCOM koordinasiyası

İsrail Müdafiə Qüvvələri ilə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) arasındakı operativ planlaşdırma işləri, yenidən ballistik raketlərin atılma ehtimalına qarşı, İran daxilindəki hədəflərə yönəlmiş mümkün cavab zərbələri üzərində cəmləşməyə davam edir.

Xatırladaq ki, rəsmi Tehran sentyabr ayının sonlarında Hörmüz boğazının yenidən açılması üçün Qətər vasitəsilə yeddi şərt irəli sürmüş, lakin ABŞ Prezidenti Donald Tramp bu şərtləri rədd etmişdi.

İsrailin təhlükəsizlik rəsmiləri Yəməndəki husilərə qarşı aparılan mübarizənin Körfəzdəki təhlükəsizlik tərəfdaşlıqlarını yenidən formalaşdıra biləcəyini düşünürlər. Onlar həmçinin Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı əməkdaşlığın artmasına diqqət çəkirlər.

Husilərin Əl-Xudeydə və Taiz bölgələrində irəliləməsi, xüsusilə Muxa şəhərini və Babülməndəb boğazına nəzarət edən strateji mövqedəki Mayun adasını ələ keçirmələri Yəməndəki qarşıdurmaları yenidən alovlandırıb.

Araşdırma
Genişləyən tələbə etirazları səbəbindən Fransada yüzlərlə lisey bağlanıb
Qəzzalı həkim Əbu Səfiyə Avropa Parlamenti İnsan Hüquqları Mükafatına namizəd göstərilib
İsrailin Qəzzaya son 24 saatda təşkil etdiyi hücumlarda daha 8 nəfər həyatını itirib
Danimarka Soyuq müharibədən bəri ən irimiqyaslı təlimlərə başlayır
Pakistan Əfqanıstana hava hücumları təşkil edib
İraq ölkədəki bütün silahlı qrupların tərksilah edilməsini nəzərdə tutan plan hazırlayır
Suriyada mina partlayışı olub, üç nəfər həyatını itirib
Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb
Suriyanın Hama şəhərində mikroavtobusa hücum nəticəsində 7 nəfər həlak olub
"FlyDubai" təyyarəsi pilotların əlbəyaxa davası səbəbilə Səudiyyə Ərəbistanına təcili eniş edib
İran: Xarici işlər naziri Əraqçi ABŞ-dən aldığı son təklifi Prezident Pezeşkiana təqdim etdi
ABŞ 23 il əvvəl işğal etdiyi İraqdan geri çəkilmə prosesini başa çatdırdığını elan etdi
İsrailin atəşkəsə baxmayaraq Qəzzaya təşkil etdiyi hücumlarda daha 9 nəfər həyatını itirib
Pakistan husi hücumlarına qarşı Səudiyyə Ərəbistanını dəstəklədiyini bir daha təsdiqləyib
İsrail mətbuatı: BƏƏ-dən İsrailə gedən təyyarə qaçırıldığına dair fövqəladə hal kodu göndərib
Yunanıstanın İsraildən aldığı SPIKE NLOS raket sistemlərini adalara yerləşdirdiyi irəli sürülüb
Antonio Quterreş Myanmada 50 nəfərin ölümünə səbəb olan hücumu pislədi
Tramp İranın axırda "təslim olacağını" iddia edib
İlham Əliyev və Məsud Pezeşkian arasında telefon danışığı olub
Slovakiyada məktəbdə bıçaqlı hücum törədilib