DÜNYA
1 dəqiqə oxuma
Çində fişəng zavodunda partlayış nəticəsində 21 nəfər həlak olub
Çin dövlət mediasının yaydığı məlumata görə, ölkənin daxili hissəsində yerləşən fişəng zavodunda baş verən güclü partlayış nəticəsində azı 21 nəfər həlak olub, 61 nəfər isə yaralanıb
Çində fişəng zavodunda partlayış nəticəsində 21 nəfər həlak olub
Çində fişəng zavodunda partlayış nəticəsində 21 nəfər həlak olub / Reuters

Çin dövlət mediasının yaydığı məlumata görə, ölkənin daxili hissəsində yerləşən fişəng zavodunda baş verən güclü partlayış nəticəsində azı 21 nəfər həlak olub, 61 nəfər isə yaralanıb. Çinin rəsmi "Sinxua" agentliyi hadisənin bazar ertəsi günü Hunan əyalətinin Çanşa şəhərində qeydə alındığını bildirib. Hadisə yerinə 500-ə yaxın xilasedici cəlb olunub, yüksək riskli ərazilərdə təxliyə işləri həyata keçirilib. Hazırda səlahiyyətli orqanlar partlayışın başvermə səbəblərini araşdırır.

Prezident Si Cinpin itkin düşənlərin axtarışı və yaralıların xilas edilməsi üçün bütün imkanların səfərbər edilməsini, hadisə ilə bağlı geniş təhqiqat aparılmasını tələb edib. Qeyd edək ki, Çində sənaye təhlükəsizliyi qaydalarına əməl olunmaması səbəbindən xüsusilə fişəng istehsalı sahəsində qəzalar tez-tez baş verir. Ötən il Hunanda bənzər hadisə zamanı 9 nəfər, 2023-cü ildə Tianjin şəhərindəki partlayışlarda isə 3 nəfər həyatını itirib. Cari ilin fevral ayında Hubei və Jiansu əyalətlərindəki fişəng mağazalarında baş verən partlayışlarda isə ümumilikdə 20 nəfər həyatını itirib.

Araşdırma
Mərkəzi Kəşfiyyat İdarəsi İsrailin Trampa qarşı "İranın sui-qəsdi" iddiasına şübhə ilə yanaşır
Nigeriyada mədən çöküb, ölən və yaralananlar var
İraq nümayəndə heyəti Səudiyyə Ərəbistanına səfər edib
Misirdə ticarət mərkəzində baş verən partlayışda üç nəfər ölüb, 17 nəfər yaralanıb
Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi olub
Abbas Əraqçi Fransaya reaksiya göstərib
İsrail qüvvələri Livanın cənubuna hava zərbələri endirib
Kolumbiyada dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 265-ə çatıb
Rusiya Prezidenti Vladimir Putin Kuril adalarına səfər edib
BƏƏ-yə məxsus təyyarənin Tehrana uçduğu iddia olunur
Qəzzada xilasetmə qrupları bölgədə dağıdılmış binaların altından cəsədləri çıxartmağa çalışır
Donald Tramp İrana etibar etmədiyini bəyan edib
Livan parlamenti ölüm hökmünü ləğv edən qanun layihəsini təsdiqləyib
ÜST:"Qəzzada minlərlə xəstə təxliyə olunmağı gözləyir"
Bəhreyn Pakistanı üçtərəfli müdafiə sazişi münasibətilə təbrik edib
BMT: İsrailin hərbi təcavüzü Qəzzada fələstinliləri təhlükə altına qoyur
İsrail rəsmisi ''Məkkə sazişi''nin İsrailə qarşı yönəldiyini açıqlayıb
Rusiya Kiyevi ballistik raketlərlə hədəf alıb, Zaporojyedə ən azı 5 nəfər həlak olub
Güclü külək Afina yaxınlığında yeni meşə yanğınına səbəb olub, təxliyə əmri verilib
"Dolfin" qasırğası Çinin şərqində 1,5 milyondan çox insanın təxliyəsinə səbəb olub