DÜNYA
2 dəqiqə oxuma
İsrail qüvvələri Qəzzada daha üç fələstinlini qətlə yetirdi
Qəzza şəhərində İsrailə məxsus PUA hücumları nəticəsində üç fələstinli öldürülüb, çox sayda insan isə yaralanıb
İsrail qüvvələri Qəzzada daha üç fələstinlini qətlə yetirdi
İsrail qüvvələri Qəzzada daha üç fələstinlini qətlə yetirdi / AA

Qəzza səhiyyə mənbələrindən əldə olunan məlumata görə, İsrailin Qəzza şəhərinin şərqini və Qəzzanın şimalında yerləşən müxtəlif əraziləri hədəf alan hücumları nəticəsində üç fələstinli öldürülüb, yaralanan beş nəfər arasında bir uşaq da var.

“Anadolu” agentliyinin yerli mənbələrə istinadən yaydığı məlumata görə, Qəzza şəhərinin şərqində yerləşən Şucaiyyə məhəlləsində Muştaha küçəsini hədəf alan pilotsuz uçuş aparatı zərbəsindən sonra üç gəncin cənazəsi şəhər mərkəzində yerləşən “əl-Əhli Ərəb” Xəstəxanasına aparılıb.

Mənbələrin bildirdiyinə görə, həyatını itirən şəxslər 17 yaşlı Mahmud Sahir, 17 yaşlı Yunus Səid Ayad və 20 yaşlı Abdullah Teysir Şumerdir.

Ayrı bir hücum zamanı isə İsrailə məxsus pilotsuz uçuş aparatı Qəzza şəhərinin şərqində yerləşən Tuffah məhəlləsinə əl qumbarası atıb. Nəticədə dörd fələstinli yaralanıb.

Yaralılar şəhər mərkəzində yerləşən əl-Səraya meydanındakı Fələstin Qızıl Aypara Cəmiyyətinin səhra xəstəxanasına çatdırılıb.

Qəzzanın şimalında isə İsrail qüvvələrinin Cəbəliyə qəsəbəsində yerləşən “Hələvə” məcburi köçkünlər düşərgəsi istiqamətində açdığı atəş nəticəsində bir uşaq orta dərəcəli xəsarət alıb.

Fələstin mənbələri bildirirlər ki, hədəf alınan ərazilər Qəzzada İsrail qüvvələrinin hazırda nəzarətdə saxladığı zonalardan kənarda yerləşir. Həmçinin qeyd edilirki, İsrail Qəzza ərazisinin 50 faizdən çoxunu hələ də işğal altında saxlayır.

İsrail qüvvələri atəşkəsin qüvvəyə minməsindən bu yana artilleriya atəşi və silahlı hücumlarla atəşkəsi demək olar ki, hər gün pozmağa davam edir.

Ötən ilin oktyabr ayında atəşkəs qüvvəyə mindikdən sonra İsrail hücumları nəticəsində təxminən 651 fələstinli həyatını itirib, 1.741 nəfər isə yaralanıb.

Xatırladaq ki, İsrail qüvvələri 7 oktyabr 2023-cü ildən bəridir Qəzzada fələstinlilərə qarşı soyqırım törədir. Fələstin dövlət rəsmiləri bildirirlər ki, İsrailin Qəzzada törətdiyi soyqırım nəticəsində 73 mindən çox fələstinli həyatını itirib, 172 min nəfər yaralanıb və bölgədəki mülki infrastrukturun 90 faizi məhv edilib. Lakin ekspertlər qeyd edirlər ki, Qəzzada real insan itkisi rəsmi açıqlanan rəqəmlərdən xeyli yüksək ola bilər.

MƏNBƏ:TRT
Araşdırma
Rusiya Prezidenti Vladimir Putin Kuril adalarına səfər edib
BƏƏ-yə məxsus təyyarənin Tehrana uçduğu iddia olunur
Qəzzada xilasetmə qrupları bölgədə dağıdılmış binaların altından cəsədləri çıxartmağa çalışır
Donald Tramp İrana etibar etmədiyini bəyan edib
Livan parlamenti ölüm hökmünü ləğv edən qanun layihəsini təsdiqləyib
ÜST:"Qəzzada minlərlə xəstə təxliyə olunmağı gözləyir"
Bəhreyn Pakistanı üçtərəfli müdafiə sazişi münasibətilə təbrik edib
BMT: İsrailin hərbi təcavüzü Qəzzada fələstinliləri təhlükə altına qoyur
İsrail rəsmisi ''Məkkə sazişi''nin İsrailə qarşı yönəldiyini açıqlayıb
Rusiya Kiyevi ballistik raketlərlə hədəf alıb, Zaporojyedə ən azı 5 nəfər həlak olub
Güclü külək Afina yaxınlığında yeni meşə yanğınına səbəb olub, təxliyə əmri verilib
"Dolfin" qasırğası Çinin şərqində 1,5 milyondan çox insanın təxliyəsinə səbəb olub
Küveyt Türkiyə və Səudiyyə Ərəbistanı ilə müdafiə sazişi imzaladığına görə Pakistanı təbrik edib
Tatarıstan Respublikasına qarşı pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirildi
Hindistanda daşqın nəticəsində ölənlərin sayı 100-ə çatıb
Yunanıstanın paytaxtı Afinada Fələstinə dəstək yürüşü keçirilib
Pentaqon silah şirkətlərindən istehsalı sürətləndirməyi tələb edib
Paşinyan: "Ermənistan-Azərbaycan sülhü razılaşmadan bir il sonra görünən və hiss olunandır"
Rusiyanın endirdiyi zərbələr Kiyev yaxınlığında biri uşaq olmaqla üç nəfərin ölümünə səbəb olub
İƏT Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında "tarixi" müdafiə sazişini alqışlayıb