DÜNYA
2 dəqiqə oxuma
İranda qaz boru kəmərinə zərbə endirilib
Dövlətə bağlı media qurumları İsrail və ABŞ-nin İsfahan və Xürrəmşəhrdəki təbii qaz infrastrukturuna hücumlar təşkil etdiyini bildirib
İranda qaz boru kəmərinə zərbə endirilib
İranda qaz boru kəmərinə zərbə endirilib / Reuters

Dövlətə bağlı media qurumları İsrail və ABŞ-nin İsfahan və Xürrəmşəhrdəki təbii qaz infrastrukturuna hücumlar təşkil etdiyini bildirib. Rəsmilər isə təchizatda hər hansı kəsintinin yaranmadığını qeyd edirlər.

İran mediası bu gün (24 mart 2026) İsrail-ABŞ hücumlarının iki qaz obyektini və bir boru kəmərini hədəf aldığını xəbər verib. Həmin xəbər ABŞ prezidenti Donald Trampın elektrik infrastrukturunu vurma hədəsindən geri addım atmasından bir neçə saat sonra yayılıb.

"Fars" xəbər agentliyi bildirib ki, düşmən sionist və ABŞ-nin davam etdirdiyi hücumların bir hissəsi olaraq, İsfahandakı Kavə prospektində yerləşən qaz idarəetmə binası və qaz təzyiqini tənzimləmə stansiyası hədəf alınıb.

İrandakı obyektlərin "qismən zərər gördüyünü" əlavə edən agentlik mənbə göstərməsə də, hadisəni işıqlandıran yeganə xəbər agentliyi olub.

Agentlik həmçinin ölkənin cənub-qərbindəki Xürrəmşəhr elektrik stansiyasının qaz boru kəmərinin də hücuma məruz qaldığını bildirib.

"Fars" agentliyi İraqla sərhəddə yerləşən şəhərin valisinə istinadən xəbər verib ki, bir mərmi Xürrəmşəhr qaz boru kəməri emalı stansiyasının xaricindəki əraziyə düşüb. Vali infrastrukturun normal qaydada fəaliyyət göstərdiyini və qaz təchizatında kəsinti olmadığını deyib.

Tramp martın 23-də AFP-yə İranla "işlərin çox yaxşı getdiyini" söyləmişdi. Bu açıqlama Tehranla danışıqlar və İslam Respublikasının elektrik stansiyalarını hədəf almamaq barədə beş günlük fasilə elan etməsindən dərhal sonra verilmişdi.

Trampın İran mövzusundakı qəfil mövqe dəyişikliyi Tehranın strateji Hörmüz boğazını yenidən açmayacağı təqdirdə İranın elektrik stansiyalarına hücum etməklə hədələdiyi iki günlük ultimatumun başa çatmasına bir neçə saat qalmış baş verib.

İran mediası isə martın 23-də müharibəni bitirməyə yönəlmiş hər hansı danışıq olmadığını xəbər verib.

Araşdırma
İran: Hörmüz boğazında 2 supertankerdə partlayışdan sonra yanğın baş verib
Pezeşkian: "ABŞ və İsrailin İrana qarşı hücumları 1,5 milyon ton CO2 emissiyasına səbəb olub"
İran BMT və BAEA-nı ABŞ-nin nüvə proqramı ilə bağlı 20 milyon dollarlıq təklifini pisləməyə çağırıb
BMT Baş katibi Antonio Quterreş COP31-də ölkələri "İqlim Ədaləti Sazişi"ni qəbul etməyə çağırıb
Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün keçirilən üçtərəfli danışıqların ikinci günü başladı
"TRT-nin 18-ci Beynəlxalq Sənədli Film Mükafatları" üçün müraciətlərin qəbuluna başlanılıb
Avropa İttifaqı Şurası ilə Avropa Parlamenti İttifaqın 2027-ci il büdcəsi üzrə razılığa gəlib
Portuqaliya XİN Mark Ruttenin açıqlamasına reaksiya göstərib
İsraildəki Birgə Ərəb Siyahısı: Netanyahu tam histeriya içindədir, bəyanatları dəlilik, irqçilikdir
Prezident Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb
200-dən çox ölkənin nümayəndəsi Antalyada keçirilən COP31 sammitində bir araya gəlir
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında elektrik layihələrində əməkdaşlıq
BMT-nin Baş katibi Quterreş Türkiyəni COP31 sammiti təşkilatçılığına görə tərifləyib
Danimarka Ukraynaya hərbi və enerji sahələrində 750 milyon dollara yaxın dəstək göndərəcək
Türkiyə yaşıl, rəqəmsal keçidi sürətləndirmək məqsədilə "Yaşıl Uzlaşma Fəaliyyət Planı"nı yeniləyib