Oman sahillərində qayığın batması nəticəsində üç fransız turist həlak olub
Oman polisinin yanvarın 27-də verdiyi məlumata görə, paytaxt Maskat sahillərində turist qayığının batması nəticəsində üç Fransa vətəndaşı boğularaq həlak olub
Oman polisinin yanvarın 27-də verdiyi məlumata görə, paytaxt Maskat sahillərində turist qayığının batması nəticəsində üç Fransa vətəndaşı boğularaq həlak olub.
Oman Kral Polisi bildirib ki, göyərtəsində 25 fransız turist, bir bələdçi və bir kapitanın olduğu qayıq Oman körfəzində batıb. Hadisə nəticəsində üç turist həyatını itirib, iki nəfər isə yüngül xəsarət alıb. Digər sərnişinlər xilas edilib.
Hüquq-mühafizə orqanları hadisənin dəqiq səbəblərini müəyyənləşdirmək üçün araşdırmalara başlayıb.
Ərəbistan yarımadasının şərqində yerləşən Oman öz təbii gözəllikləri və sualtı dünyasını kəşf etmək istəyənlər üçün geniş imkanları ilə hər il minlərlə turisti cəlb edir