TÜRKİYƏ
1 dəqiqə oxuma
R.T.Ərdoğan regional gərginlikləri müzakirə etmək üçün N.Bərzani ilə telefon danışığı aparıb
R.T. Ərdoğan rəsmi Ankaranın regional münaqişələri sona çatdırmaq və “Terrorsuz Türkiyə” təşəbbüsünü irəlilətmək üçün fəaliyyət göstərdiyini bildirib
R.T.Ərdoğan regional gərginlikləri müzakirə etmək üçün N.Bərzani ilə telefon danışığı aparıb
R.T.Ərdoğan regional gərginlikləri müzakirə etmək üçün N.Bərzani ilə telefon danışığı aparıb / Anadolu Agency

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq Kürd Regional İdarəsinin (İKBY) rəhbəri Neçirvan Bərzani ilə telefon danışığı apararaq regiondakı son vəziyyəti müzakirə edib. Bu barədə Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi “NSosial” platforması üzərindən məlumat yayıb.

Bildirilir ki, ölkə başçısı R.T.Ərdoğan telefon danışığı zamanı Türkiyənin regionu uzunmüddətli fəlakətə sürükləyə biləcək təşəbbüslərə qarşı səylərini davam etdirəcəyini qeyd edib. O, həmçinin terror təşkilatlarının və onlarla əlaqəli qrupların son dövrlərdəki fəaliyyətlərinin diqqətlə izlənildiyini də bildirib.

“Türkiyə bu kritik prosesdə İraqın yanında yer alır”, - deyə dövlət rəhbəri R.T.Ərdoğan vurğulayıb.

Prezident R.T.Ərdoğan əlavə edib ki, Türkiyə regional münaqişələrin sona çatdırılması və danışıqlar prosesinə qayıdışın təmin olunması üçün intensiv şəkildə çalışır.

R.T.Ərdoğan və N.Bərzani telefon danışığı zamanı “Terrorsuz Türkiyə” təşəbbüsünün əhəmiyyətini də vurğulayıblar.

Xatırladaq ki, Prezident R.T.Ərdoğan daha əvvəl İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi toplantısı çərçivəsində Türk Şurasının xarici işlər nazirlərini qəbul etmişdi.

MƏNBƏ:TRT
Araşdırma
Türkiyə Polis İdarəsi 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə videoçarx hazırlayıb
Türkiyə Səudiyyə Ərəbistanına edilən raket hücumuna reaksiya göstərib
15 iyul 2016-cı ildə nələr baş verdi?
Hakan Fidan Ukrayna üzrə “Könüllülər koalisiyası”nın sammitinə qatılıb
Prezident Rəcəb Tayyib Ərdoğan Qətərə səfər edəcək
Cevdet Yılmaz:''Dövlətimizin bütün qurumları bu ağır sınaqdan lazımi dərsləri çıxarıb''
Türkiyə və Misir müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalayıb
FETÖ nə mənaya gəlir?
Türkiyə ictimaiyyəti “ByLock” tətbiqindən ilk dəfə 15 iyul çevriliş cəhdi zamanı xəbər tutdu
MİT DEAŞ-ın qondarma başçılarından Talip Güləri yaxalayıb
Türkiyə Dəməşqdə Suriya Xalq Məclisinin ilk sessiyasını alqışlayıb
Hakan Fidan Parisdə keçiriləcək Ukrayna sammitində iştirak edəcək
MİT 1950-ci ildə şəhid olan təşkilat əməkdaşı Arif Nəcib Kaşkatının fotoşəklini paylaşdı
Rəcəb Tayyib Ərdoğan Srebrenitsa soyqırımı qurbanlarının xatirəsini yad edib
Hakan Fidan gündəmdəki aktual məsələlərlə bağlı mühüm açıqlamalar verib
Türkiyə XİN Avropa Parlamentində qəbul olunan qərara reaksiya verdi
ABŞ Konqresi "KAAN"ın mühərriklərinin Türkiyəyə satışına etiraz etmədi
TİKA Venesuelaya humanitar yardım göndərib
Rəcəb Tayyib Ərdoğan:"NATO sammitini uğurla başa çatdırdıq"
Rəcəb Tayyib Ərdoğan slovakiyalı həmkarı Peter Pelleqrini ilə görüşüb