DÜNYA
2 dəqiqə oxuma
Husilər Səudiyyə Ərəbistanına raket zərbələri endirib
Yəməndəki husilәr Səudiyyə Ərəbistanındakı hava limanlarına və hərbi obyektlərə bir sıra dron və ballistik raket hücumları həyata keçirdiklərini açıqladılar
Husilər Səudiyyə Ərəbistanına raket zərbələri endirib
Husilər Səudiyyə Ərəbistanına raket zərbələri endirib / Reuters

Yəməndəki husilәr Səudiyyə Ərəbistanındakı hava limanlarına və hərbi obyektlərə bir sıra dron və ballistik raket hücumları həyata keçirdiklərini açıqladılar.

Bu barәdә husilәrin hәrbi mәsәlәlәr üzrә sözçüsü Yәhya Sari rәsmi ‘’X’’ platformasında etdiyi paylaşımda bildirib. O, Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanının çoxsaylı dronlarla hədəf alındığını qeyd edib.

Y. Sari həmçinin bildirib ki, husilәr Əbha Beynəlxalq Hava Limanını və Xamis Muşayt Hәrbi Hava Bazasını ballistik raketlərlә hәdәf alıb. O, bu hücumların hava limanında hava nəqliyyatını pozduğunu və hərbi bazaya ziyan vurduğunu irәli sürüb.

Y. Sari husilərin Cizanda Dağarir, Əsirdə Aakifə və Cizanda Əl-Mövsim kimi üç hərbi düşərgəni dә çoxsaylı ballistik raketlər və dronlarla hədəf aldıqlarını vurğulayıb.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya çərşənbə günü husilər tərəfindən Ər-Riyad bölgəsinə atılan ballistik raketin havada məhv edildiyini açıqlayıb.

Koalisiyanın sözçüsü Turki əl-Maliki rәsmi ‘‘X’’ platformasında etdiyi paylaşımda raketin  Ər-Riyadın şimalında mәhv edildiyini vurğulayıb.

Turki әl-Maliki həmçinin bildirib ki, koalisiya qüvvələri kəşfiyyat sistemlərindən istifadə edərək Yəmənin paytaxtı Səna üzərində buraxılış platforması aşkar ediblәr.

"Biz Səna üzərindəki buraxılış platformasını koalisiya qüvvәlәrinә aid kəşfiyyat sistemi ilə izləyirik və onu məhv edəcəyik",-deyә Turli әl-Maliki söylәyib.

Husilər iyul ayında Yəməndə vətəndaş müharibəsinin yenidən başlamasından bəri Yəmən qüvvələri ilə toqquşmaları intensivlәşdiriblәr.

Qeyd edәk ki, husilәr 2014-cü ildə Yәmәnin paytaxtı Səna və digər müxtəlif bölgələri nәzarәtinә götürmüşdü.