Cey Di Vens müharibənin başa çatması üçün İranın uran zənginləşdirmə gücünü əhəmiyyətli dərəcədə azaltmalı olduğunu bildirərək, ABŞ-nin Prezident Pezeşkian və Xarici İşlər Naziri Əraqçi ilə danışıqlar apardığını təsdiqləib.
ABŞ-nin Vitse-prezidenti Cey Di Vens İranla müharibənin başa çatması üçün Tehranın uran zənginləşdirmə imkanlarını əhəmiyyətli dərəcədə azaltmalı olduğunu bildirib. Vaşinqtonun Tehranın danışıqlardakı qərar qəbul etmə proseslərinə dair qeyri-müəyyənliyinə baxmayaraq, İranın ABŞ-nin tələblərini ödəməsi və ölkənin yeddi aydır davam edən müharibəsini başa çatdırması üçün nüvə zənginləşdirmə gücündə müəyyən səviyyədə azaltmasının vacibliyini bildirib.
ABŞ-nin xaricdəki müharibələrə müdaxilə etməsinə uzun müddətdir şübhə ilə yanaşan Vens münaqişənin həllinə yönəlmiş danışıqlarda öncül rol öz üzərinə götürmüş və sentyabr ayında müvəqqəti sülh sazişinə vasitəçilik etmişdi, lakin bu saziş qısa müddətdə pozulmuşdu.
Vens "Reuters" xəbər agentliyinə verdiyi özəl müsahibədə hər hansı bir sazişin İranın gələcəkdə nüvə fəaliyyətlərini azaldacağına dair zəmanətlər verməsindən daha çox, mövcud nüvə zənginləşdirmə gücünü azaltmasını tələb edəcəyini deyib.
Vens "Əgər nüvə silahı istəmirsinizsə, onda nə üçün altmış faiz nisbətində zənginləşdirilmiş yanacağa ehtiyac duyursunuz? Və əgər nüvə silahı istehsal etməmək mövzusundakı qətiyyətinizi göstərmək istəyirsinizsə, yüksək dərəcədə zənginləşdirilmiş yanacaq istehsal etməyin. Bu, çox təməl və həlledici məsələdir. Məncə, nüvə silahı istehsal etməmək mövzusundakı qətiyyətlərini göstərmək istəyirlərsə, zənginləşdirmə gücləri ilə bağlı mənalı bir addım atmalıdırlar", -deyə ifadə edib.
Tehranda qərarların necə qəbul edildiyi qeyri-müəyyəndir
Vens Vaşinqtonun Tehranda qərarları kimin qəbul etdiyi barədə əmin olmadığını deyib.
ABŞ-nin Vitse-prezidenti Ağ Evin İran Prezidenti Məsud Pezeşkian və Xarici İşlər Naziri Abbas Əraqçi ilə təmasda olduğunu bildirərkən; müharibənin əvvəlində həyata keçirilən birgə ABŞ–İsrail hücumlarında Ali Dini Lider Əli Xameneinin öldürülməsindən sonra bu şəxslərin İranın hakimiyyət strukturu daxilində nə dərəcədə səlahiyyət sahibi olduqlarının qeyri-müəyyən olduğunu ifadə edib.
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi oktyabrın 4-də verdiyi açıqlamada ABŞ rəsmilərinin iranlı həmkarlarının kim olduğunu və İranın qərar qəbul etmə mexanizminin necə işlədiyini çox yaxşı bildiklərini ifadə edib.















