İrandan Türkiyə hava məkanına atılan ballistik sursat NATO tərəfindən zərərsizləşdirilib
Türkiyə Milli Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqləyib
Türkiyə Cümhuriyyəti Milli Müdafiə Nazirliyi regional gərginliyin artması ilə birlikdə, ərazisinə yönəlmiş hər növ təhdidə qətiyyətli şəkildə cavab verəcəyini bildirib.
Nazirliyin açıqlamasında İrandan atılan və Türkiyə hava məkanına daxil olan bir ballistik sursatın Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildiyi bildirilib. Bu, bir həftədən bir az çox müddət ərzində baş verən üçüncü hadisə olub.
Məlumatda deyilib: “Ölkəmizin ərazisinə və hava məkanına yönəlmiş hər cür təhdidə qarşı bütün lazımi tədbirlər qətiyyətlə və tərəddüdsüz şəkildə görülür, hadisənin bütün aspektləri ilə aydınlaşdırılması üçün müvafiq ölkə ilə danışıqlar aparılır. Milli təhlükəsizliyimiz prioritet olmaqla bölgədəki bütün hadisələr diqqətlə izlənilir və qiymətləndirilir".