İQTİSADİYYAT
2 dəqiqə oxuma
Tramp Hindistanın Baş naziri Modi ilə ticarət və Rusiya neftini müzakirə edib
ABŞ prezidenti Donald Tramp Hindistanın Baş naziri Narendra Modi ilə görüşdüyünü və müzakirələrinin əsasən ticarətlə bağlı olduğunu bildirib.
Tramp Hindistanın Baş naziri Modi ilə ticarət və Rusiya neftini müzakirə edib
Tramp
22 oktyabr 2025

İki lider ticarət əlaqələrini müzakirə ediblər və ABŞ prezidenti bildirib ki, Hindistanın baş naziri onu Nyu-Dehlinin Rusiya neftinin alışını məhdudlaşdıracağına əmin edib.

ABŞ prezidenti Donald Tramp Hindistanın Baş naziri Narendra Modi ilə görüşdüyünü və müzakirələrinin əsasən ticarətlə bağlı olduğunu bildirib.

Tramp jurnalistlərə açıqlamasında deyib: "Biz çox şeylər haqqında danışdıq, lakin danışdıqlarımız daha çox ticarətlə bağlı idi".

Enerjinin də müzakirə edildiyini qeyd edən Tramp Modinin Hindistanın Rusiya neftinin alışını məhdudlaşdıracağına dair onu əmin etdiyini bildirib.

"Modi Rusiyadan çox neft almayacaq. O da mənim qədər bu müharibənin bitməsini istəyir", - Tramp bildirib.

Qeyd edək ki, Hindistan və Çin Rusiyanın dəniz yolu ilə xam neft ixracatının iki ən böyük alıcısıdır.

Trampın artan təzyiqi

Tramp bu yaxınlarda Rusiyadan neft alışına görə Hindistanı hədəfə alıb, ölkənin xam neft alışını dayandırmaq üçün Hindistanın ABŞ-a ixracına tariflər tətbiq edib. Bu addım Trampın Ukraynada sülh sazişi üzrə danışıqlar aparmaq üçün Moskvaya təzyiq etməyə çalışdığı bir vaxta təsadüf edir.

Bundan əvvəl Tramp Hindistanın Rusiyadan neft alışını dayandırmayacağı təqdirdə Hindistan mallarına “külli miqdarda gömrük rüsumları” tətbiq edəcəyi ilə hədələmişdi.

Vaşinqton iddia edir ki, Rusiya ilə enerji ticarətinin davam etməsi Moskvanı iqtisadi cəhətdən təcrid etmək səylərinə xələl gətirir və dolayısı ilə müharibə səylərini maliyyələşdirir.

Hindistan Ukraynada müharibə başlayandan bəri endirimli Rusiya xam neftinin ən böyük alıcılarından biri olub və bu ticarət ölkənin daxili enerji xərclərində balans yaratmağa kömək edib.

Tramp administrasiyası bu ilin əvvəlində Hindistanın tekstil, əczaçılıq məhsulları və avtomobil hissələri kimi ixracatına 50 faizə qədər tariflər tətbiq etməklə ticarət əlaqələrini daha da gərginləşdirdi.

Tramp bildirib ki, Hindistan Rusiyadan neft alışını azaltmasa, bu rüsumlar qalacaq və ya daha da artırılacaq.

Araşdırma
Ömər Bolat: "Türkiyə-Suriya tranzit dəhlizi gələn il istifadəyə veriləcək"
Rusiyanın enerji nəhəngi "Lukoil" son sanksiyalardan sonra xarici aktivlərini satmağa hazırlaşır
Çin və ASEAN genişləndirilmiş azad ticarət sazişi imzalayıblar
Çin və Hindistan beş illik fasilədən sonra birbaşa uçuşları bərpa etdilər
ABŞ Senatı qanun layihəsini yenə qəbul etməyib
Tramp hədələdi: "Rusiya neftini almağı dayandırın, əks halda ciddi tariflərlə üzləşərsiniz"
"Apple" şirkətinin CEO-su Kukun səfəri zamanı Çin ABŞ-la “bərabər dialoqa” çağırıb
OPEC+ neft hasilatını artırmağa hazırlaşır
Hindistan və Butan ilk sərhədyanı dəmir yolunu inşa edəcək
İraq-Türkiyə boru kəmərində neft nəqliyyatı bərpa olundu
ABŞ səfiri: "THY-"Boeing" müqaviləsi tamamlandı"
ABŞ Rusiya ilə əlaqələrinə görə Hindistan mallarına 25% əlavə gömrük rüsumu tətbiq edəcək
Aİ ticarət sazişi danışıqlarında ABŞ-ın rəqəmsal qanuna təzyiqinə müqavimət göstərir
Türkiyənin iqtisadiyyatı son 22 ildə necə dəyişdi?
Türkiyədə cari ilin birinci yarısında 6,3 milyard dollar birbaşa xarici sərmayə qoyulub
Ticarət razılaşmasından sonra Pakistan ABŞ-dan ilk xam nefti alıb
Tramp ticarət razılaşmasının bitməsinə bir neçə saat qalmış geniş tariflər tətbiq edib
Tramp ABŞ və Cənubi Koreyanın 15% tarifi ehtiva edən ticarət razılaşması imzaladığını açıqlayıb
"Moody's" Türkiyənin kredit reytinqini "Ba3"ə yüksəldib, reytinq proqnozunu isə sabitə dəyişib
Tramp: "Yaponiya ilə böyük bir saziş bağladıq"